YAP Ağsu rayon təşkilatı Ümummilli Lider Heydər Əliyevin vidiofarmatda anım mərasimi keçirib
YAP Ağsu rayon təşkilatında Ümummilli Liderimiz Heydər Əliyevin anım günü ilə əlaqədar "Ümummilli Lider Heydər Əliyevin siyasi irsi, müasirlik və gələcək inkişaf perspektivləri" mövzusunda videoformatda elmi-praktiki konfrans keçirib. İlk öncə tədbir iştirakçıları Ulu Öndər Heydər Əliyevin xatirəsi bir dəqiqəlik sükutla yad edib.
Tədbirdə çıxış edən YAP Ağsu rayon təşkilatının sədri Əli Hüseynov bildirib ki, müasir Azərbaycanın qurucusu, Ulu Öndər Heydər Əliyevin adı zəmanəmizin ən böyük siyasət və dövlət xadimlərinin, qüdrətli şəxsiyyətlərinin sırasında yer almışdır: "Ulu Öndər Heydər Əliyev bənzərsiz həyatı və zəngin fəaliyyəti ilə xalqımızın Ümummilli Lideri səviyyəsinə yüksəlmiş və xalqımız üçün ucalıq rəmzinə, əməlləri isə hünər timsalına çevrilmişdir. Heydər Əliyev öz böyük xidmətləri ilə tarixin yaddaşında əbədiləşmiş ən böyük azərbaycanlıdır".
Ə.Hüseynov qeyd edib ki, xalqımızın böyük oğlu, Ulu Öndər Heydər Əliyevin vəfatından 17 il keçir: “Qədirbilən xalqımız hər il Ulu Öndərə vəfa borcunu layiqincə yerinə yetirir. Heydər Əliyev Azərbaycanı çətinlik girdabından xilas etmiş, müstəqil dövlətimizi qurmuş, gücləndirmiş, inkişaf perspektivlərini müəyyən etmiş və beynəlxalq miqyasda layiqincə tanıtmışdır. Heydər Əliyevin ən böyük xidmətlərindən biri Azərbaycanı öz layiqli siyasi varisi cənab İlham Əliyevə həvalə etməsidir. Ulu Öndər özünün başladığı nəhəng işlərin uğurlu icrasını kimin təmin edə biləcəyini də müəyyənləşdirdi. Fiziki imkanlarının tükəndiyi bir vaxtda həmişə inandığı və etibar etdiyi xalqına müraciət ünvanladı: «İnanıram ki, mənim axıra çatdıra bilmədiyim taleyüklü məsələləri, planları, işləri sizin köməyiniz və dəstəyinizlə İlham Əliyev başa çatdıra biləcək. Mən ona özüm qədər inanıram və gələcəyinə böyük ümidlər bəsləyirəm”.
“Bugünkü tarix sübut etdi ki, dahi şəxsiyyətin uzaqgörənliyini Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev son 17 illik prezidentlik fəaliyyəti ilə təsdiqlədi", - deyən Ə.Hüseynov bildirib ki, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanın sözdə yox, əməldə real və məğlubedilməz ordusu Ermənistanın ardıcıl təxribatlarının və yeni işğal planlarının qarşısını almaq, işğal altında olan torpaqlarımızı azad etmək məqsədilə sentyabrın 27-dən etibarən zəfər yürüşünə başladı. 44 gün davam edən hərbi əməliyyatlar çərçivəsində Azərbaycan Ordusu Ermənistanın 30 il ərzində qurduğu silahlı qüvvələrini darmadağın etdi. Noyabrın 8-də Azərbaycan xalqı heç zaman yaşamadığı sevinci və fəxarət hissini yaşadı, 28 illik həsrətdən sonra Azərbaycan xalqı üçün böyük əhəmiyyət kəsb edən və rəmzi məna daşıyan Şuşa işğaldan azad edildi. Qarabağ münaqişəsinə xalqımızın zəfəri ilə NİDASI qoyuldu. Müzəffər Azərbaycan Ordusu Ali Baş Komandanın rəhbərliyi altında cəmi 44 günə mümkünsüzü mümkün etdi! Ermənistanın hərbi kaputilyasiyasına nail olduq! “Şuşasız Qarabağ, Qarabağsız Azərbaycan yoxdur” - deyən Ulu Öndərin arzusunu reallaşdırdı: “Mən bu gün Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Bu gün şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır! Gözün aydın olsun Azərbaycan! Gözünüz aydın olsun dünya azərbaycanlıları!".
YAP Ağsu rayon təşkilatının sədri onu da bildirib ki, bu gün fəxr və qürur duyuruq ki, Ulu Öndər Heydər Əliyevin layiqli davamçısı Liderimiz, Qalibimiz Prezident, Ali Baş Komandanımız İlham Əliyevin rəhbərliyi ilə bu gün Qələbə Paradımız keçirilir. Bu, böyük qürur və fəxredicidir”.
YAP Ağsu rayon təşkilatının Qadınlar Şurasının sədr müavini Sevil Mirzəliyeva Ulu Öndərimizin Azərbaycan xalqı və dövləti qarşısında misilsiz xidmətlərindən, onun millətinə olan dərin sevgisindən, rayon təşkilatının Gənclər Birliyinin sədri Elnur Fərzəlizadə və başqaları Ulu Öndər Heydər Əliyevin xilaskarlıq missiyası, müasir, müstəqil Azərbaycan Respublikasının quruculuğu yolundakı şərəfli mübarizəsi barədə fikirlər söyləyiblər.
R.HÜSEYNOVA
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB