Paşinyanın istefasını tələb edən mitinqdə nümayişçilərlə polis arasında qarşıdurma baş verib. SİA Ermənistana məxsus aysor.am saytında yayımlanan məlumata istinadən xəbər verir ki, Ermənistan polisi hökumət binası qarşısında Ermənistanın baş naziri Nikol Paşinyanın istefasını tələb edən bir neçə nümayişçini saxlayıb.
Məlumatda həmçinin qeyd olunur ki, nümayişçilər tıxaclar yaradaraq küçələri bağlayıblar. Eyni zamanda bildirilir ki, tabesizlik nümayiş etdirildiyi səbəbindən nümayişçilərlə polis arasında ciddi qarşıdurmalar yaşanıb.
Müəllif: İnam Hacıyev
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB