Prezident İlham Əliyev: “Biz düşmənin belini qırdıq, biz şanlı Qələbə qazandıq!”
Bəli, bu gün böyük bir Qələbənin –İkinci Vətən Müharibəsinin Zəfər gününün keçirilməsi ilə bağlı Azadlıq meydanında Qələbə Paradının keçirilməsi ərəfəsindəyik. Bu sevinci, bu Qələbəni bizə yaşadan Şanlı Ordumuza, Müzəffər Ali Baş Komandanımız, igid əsgər və zabitlərimizdir. Torpaqlarımızı işğaldan azad edərkən canlarını fəda etmiş şəhidlərimizə Allahdan rəhmət, yaralı əsgərlərimizə şəfa diləyirik. Biz onlara sonsuz minnətdarıq, onlarla fəxr edirik və qürur duyuruq. Bu möhtəşəm Qələbənin qazanılmasında onların misilsiz xidmətləri, göstərdikləri şücayət ən yüksək mükafatlara layiqdir. O övladları böyüdən valideynlər qarşısında baş əyirik, əllərindən öpürük. Eyni zamanda, Qələbəmizin əldə edilməsində qəti mövqeyinə və təmənnasız siyasi - mənəvi dəstəyinə görə qardaş Türkiyəyə, hörmətli Cumhurbaşqanı Rəcəb Tayyub Ərdoğan olmaqla onun rəhbərlərinə, eləcə də Pakistan Respublikasına, bizi dəstəkləyən digər dost ölkələrə və beynəlxalq təşkilatlara dərin minnətdarlığımızı bildiririk.
Prezident İlham Əliyev: “Artıq Azərbaycan xalqının səbri tükənmişdi”
Bəli, Azərbaycan xalqının artıq səbri tükənmişdi. 30 il düşmən əsarətində olan torpaqlarımızın həsrətinə son qoymağın zamanı idi. Prezident İlham Əliyev xalqa müraciətində dediyi kimi: “Sentyabrın 27-də nə baş verib, onu tarixçilər deyəcək. Necə başlayıb, onu hesab edirəm ki, bir çoxları bilir”.
Dövlətimizin başçısı deyib: “Artıq Azərbaycan xalqının səbri tükənmişdi və mən Ermənistan baş nazirinə son görüşlərdə demişdim ki, siz odla oynamayın, Azərbaycan xalqının səbri ilə oynamayın. Siz Azərbaycan xalqını tanımırsınız, siz tanıyacaqsınız bizi, amma gec olacaq. Düz yola gəlin, çıxın bu torpaqlardan, bu torpaqlar sizə mənsub deyil. Amma nə etdilər? Orada qanunsuz məskunlaşma aparmaq üçün beynəlxalq hüququ, beynəlxalq konvensiyaları, o cümlədən Cenevrə konvensiyalarını kobudcasına pozaraq nümayişkaranə şəkildə xaricdən erməniləri gətirib özü də məhz Şuşaya ki, bizi incitsin. Məhz Şuşada o dəstə başçısı hansı ki, indi deşik axtarır gizlənməyə, xunta başçısı özünə andiçmə mərasimi keçirmişdir və Ermənistan baş naziri gedib orada iştirak edib”.
“Biz alçaltmışıq onu, əcəb də etmişik!”
Dövlət başçısı onu da bildirib ki, işğalçı Ermənistan bunun cəzasını çəkəcək, özü də diz çökə-çökə, yalvara-yalvara, o torpaqlardan da iti qova-qova qovduq, qovuruq da: “Bunun hesabını sizdən soruşan olmayacaqdımı?! Hesabını soruşduq, diz çökdürdük, diz üstə qoyduq! Onun-bunun ətəyindən yapışıb bu 40 gündən çox bir müddətdə adam qalmayıb ki, zəhləsini tökməsin, yardım istəməsin, özünü alçaltmasın. Biz alçaltmışıq onu, əcəb də etmişik!. Bizim üçün müqəddəs olan Şuşa şəhərinin Cıdır düzündə sərxoş vəziyyətdə rəqs edəndə fikirləşəydi ki, bu gün gələcək, cəzasını alacaq, siçan kimi gizlənib bax bu sənədi götürüb ağlaya-ağlaya imzalayacaq”.
“Hər kəs bizim gücümüzü gördü, hər kəs bizim dəmir yumruğumuz nədir, anladı”
“Yerini göstərdik, dərsini verdik. Qovmuşuq onları torpaqlarımızdan, iti qovan kimi qovmuşuq. Demişdim ki, qovacağıq, iti qovan kimi qovacağıq və qovmuşuq, iti qovan kimi qovmuşuq”,-deyən dövlət başçısı bildirib ki, bizim dəmir yumruğumuzun gücünü gördülər: “Qorxularından indi bu sənədə imza atır, bilir ki, biz Ağdama da, Kəlbəcərə də, Laçına da gələcəyik. Heç kim bizi saxlaya bilməz. Hər kəs bizim gücümüzü gördü, hər kəs bizim dəmir yumruğumuz nədir, anladı. Ona görə qovmuşuq onları, əcəb də etmişik”. “Bu, bizim hamımızın qələbəsidir, bütün Azərbaycan xalqının. Azərbaycan xalqı bir daha göstərdi ki, nə qədər böyük xalqdır, nə qədər vətənpərvər xalqdır, nə qədər dəmir iradəyə malik olan xalqdır”,-deyən Prezident İlham Əliyev bildirib ki, 30 ilin əziyyəti, 30 ilin ümidsizliyi, 30 ilin əzabları xalqımızı sındırmadı, iradəmizə heç bir mənfi təsir göstərmədi: “Əksinə, biz daha da bütövləşdik, daha da mətinləşdik, daha da gücləndik…Qarabağ Azərbaycandır və nida! ifadəsi artıq bizim qələbəmizin rəmzinə çevrilib. Bir il bundan əvvəl mən bunu demişəm. Mən fəxr edirəm ki, mənim dediyim ifadə artıq bir milli şüara çevrildi…Bu gün böyük qürur hissi ilə deyə bilərik ki, Füzuli bizimdir, Cəbrayıl bizimdir! Zəngilan bizimdir! Qubadlı bizimdir! Ağdam bizimdir! Laçın bizimdir! Kəlbəcər bizimdir! Şuşa bizimdir! Qarabağ bizimdir! Qarabağ Azərbaycandır! Eşq olsun Azərbaycan xalqına! Yaşasın Azərbaycan!”.
“Bu müharibə bütün dünyaya Azərbaycan xalqının nə qədər böyük xalq olduğunu göstərdi”
Böyük mütəfəkkir Viktor Hüqo vaxtilə yazırdı: “Əsl Liderin ömrünün yarısı Vətənə, digər yarısı da xalqa xidmət etməkdən ibarətdir”. Bu gün müstəqil Azərbaycanı güclü edən, onu sabitlik məkanına çevirən əsas amil də, məhz xalqımızın ölkə Prezidenti cənab İlham Əliyev tərəfindən uğurla davam və inkişaf etdirən Heydər Əliyev ideyalarına olan sonsuz sədaqətidir. Məhz elə buna görədir ki, 17 il əvvəl “Mən hər bir Azərbaycan vətəndaşının prezidenti olacağam” məramı ilə Prezident İlham Əliyevin həyatı xalqına və Vətəninə həsr olunmuş əsl lider ömrüdür. Cənab İlham Əliyev Ulu Öndərimizin “Xalq dövlət üçün yox, dövlət xalq üçün olmalıdır” fikirlərini reallığa çevirərək bir daha isbat etdi ki, O, məhz Vətəninin, xalqının rifahı üçün yaşayan Liderdir.
Prezident İlham Əliyev xalqa müraciətində də bildirib ki, biz döyüş meydanında, siyasi müstəvidə, istənilən formatda gücümüzü göstərmişik, müstəqilliyimizi göstərmişik: “Bu müharibə bütün dünyaya Azərbaycan xalqının nə qədər böyük xalq olduğunu göstərdi - yenilməz xalq, dəmir iradəli xalq, müzəffər xalq, müzəffər ordumuz. Biz xalqımızla, ordumuzla fəxr edirik”.
Bəli, 44 gün ərzində baş verən İkinci Vətən Müharibəsi Azərbaycan xalqının 30 ilə yaxın davam edən torpaq həsrətinə son qoyuldu. Prezident İlham Əliyev nəyi necə və nə zaman etməyi özünün yaxşı bildiyini bir daha nümayiş etdirdi. Və bu gün dekabrın 10-da keçiriləcək Qələbə Paradı xalqımızın birliyinin, Müzəffər Ordumuzun Gücünün, qəhrəman əsgər və zabitlərimizin öz Ali Baş Komandanı, Prezident İlham Əliyev ətrafında birliyinin dünyaya nümayişi olduğunun reallığıdır.
İqor Korotçenko: “Bax, tarix belə yaradılır!”
“Yerevanda Paşinyan və müxalifət bir-biri ilə münasibətlərini aydınlaşdırır, Bakıda möhtəşəm Qələbə paradı hazırlayırlar”. Bunu rusiyalı siyasi ekspert, “Nasionalnaya oborona» jurnalının baş redaktoru İqor Korotçenko «Telegram» kanalında yazıb. “Paradı dünyanın aparıcı siyasətçilərinin onluğuna daxil olan İlham Əliyev qəbul edəcək. Bax, tarix belə yaradılır!”, - Korotçenko vurğulayıb.
RƏFİQƏ HÜSEYNOVA
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB