Tankçı qazimiz 20 günlük komadan ayıldı FOTOLAR

Tankçı qazimiz 20 günlük komadan ayıldı FOTOLAR

Tankçı, MAXE Məmmədov Samir Eldəniz oğlu 44 günlük Vətən müharibəmizdə qəhrəmanlıq nümayiş etdirən hərbçilərimizdən biridir. SİA-ya daxil olan məlumata görə, Samir 1993-cü ilin noyabrın 10-da Ağcabədi rayonunda anadan olub.

Qazimiz Füzuli, Cəbrayıl, Hadrut istiqamətlərində gedən döyüşlər zamanı iki dəfə yaralanıb. Müharibənin ilk günlərində yaralandıqdan sonra xəstəxanaya yerləşdirilib. Xəstəxanada çox qalmaq istəmədiyini bildirən Samir, təkid edərək qısa müddətdə yenidən cəbhəyə qayıdıb. Bu dəfə isə onun idarə etdiyi tank minaya düşərək partlayıb. Partlayışdan sonra 20 gün koma vəziyyətində qalan hərbçimiz bu günlərdə möcüzəvi şəkildə ayılıb. Hazırda qəhrəman qazinin müalicəsi Bakıda davam etdirilir.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə