"Xankəndi, Xocavənd və Ağdərədə də bayrağımız mütləq dalğalanacaq" ÖZƏL-MÜNASİBƏT
"Rusiyanın "Sülhməramlı qüvvələrinin" gəlişi və Xankəndində proseslərdə təktərəfli qərarlar verməsi, Moskanın burada mövqeyini gücləndirilməsinə xidmət edir və razılaşdırılan bəyannəməyə ziddir". Bunu SİA-ya politoloq Məhəmməd Əsədullazadə deyib.
Politoloqun sözlərinə görə, Azərbaycan və Türkiyə tandeminin güclənməsi, gələn ildən Rusiyaya qarşı beynəlxalq birliyin təzyiqləri, xüsusilə ABŞ -ın sanksiyaları Rusiyanın regionda mövqeyini zəiflədəcək: "NATO-nun 1-2 dekabr konfransında məhz Rusiyanın Qarabağda fəaliyyəti narahatlıq kimi qiymətləndirilməsi Moskva üçün yeni bir çətin mərhələnin başlanğıcı olacaq.
Qeyd edim ki, Qərb Moskvaya Cənubi Qafqazda istədiyi bir siyasi planın reallaşdırmasına imkan verilməyəcək. Nikol Paşinyan hakimiyyətini saxlaya bilərsə, Ermənistanda Rusiya hərbi bazasının mövcudluğu bu ölkədə etirazlara yol açacaq. Bu da mövcud siyasi müstəvidə Rusiya üçün bir problem ola bilər.
Təbii ki, Rusiya Qarabağın kiçik bir hissəsinə sülhün təminatçısı kimi gəlməyib. Bura öz maraqlarını qorumaq və erməniləri müdafiə edərək, gələcək perspektivdə onlardan istifadə etmək planına malikdir. Qeyd edim ki, Xankəndində olan separatçılar Rusiyanın Xocalı aeroportundan istifadə etməsini israr edirlər. Moskva da aeroportun istifadəsində maraqlıdır. Öz hərbi təyinatlı yüklərini ucuz və qısa yolla Qarabağa daşısın. Belə olan təqdirdə, Moskvanın Qarabağda "sülhmərmalı" kimi deyil, öz hərbi potensialını gücləndirib, gələcək perspektivdə təzyiq rıçaqı formalaşdırmasına hesablanıb. Təbii ki, Azərbaycan buna icazə verə bilməz.
Hazırda Dağlıq Qarabağda ermənilərin sosial, humanitar probelmlərini Rusiya qarşılayır və infrasturukturun bərpasını reallaşdırır. Moskvanın buraya azərbaycanlıların köçürülməsinə qarşı çıxacağı mümkündür. Buna əlavə bəhanələr gətirəcək.
Ümumiyyətlə, Türkiyə Rusiya arasında fikir ayrılıqları yaşanarsa və Azərbaycanla müəyyən problemlər ortaya çıxarsa, Rusiyanın erməniləri orada silahlandırmağına heç kim zəmanət verə bilməz. Ən yaxşı halda yeni bir danışıqlar prosesi başlamalı, BMT mandatı altında Xankəndiyə sülhmərmalı qüvvələr də yerləşdirilməlidir. Hətta BMT mandatı altında Türkiyə sülhməramlı qüvvələri də Xankəndində təmsil olunmalıdır.
Azərbaycana qarşı mümkün təzyiqləri neytrallaşdırmaq üçün Azərbaycan Türkiyə ittifaqı güclənməlidir. Azərbaycanın Xankəndi, Xocavənd və Ağdərədə də bayrağı mütləq dalğalanacaq. Azərbaycanın bu mərhələyə də nail olacağı şübhəsizdir və biz ona görə müharibəyə başlayıb əraziləri işğaldan azad etmədik ki, kiçik bir ərazidə ermənilərə status verilsin və Rusiya burada güclənsin".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB