Ərdoğanın Bakı səfərinin təfərrüatı

Ərdoğanın Bakı səfərinin təfərrüatı

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın 8 dekabrda baş tutacaq Bakı səfərinin gündəmindən bəzi təfərrüatlar məlum olub. SİA xəbər verir ki, Azadlıq Meydanında Vətən müharibəsində qazanılan qələbəyə həsr olunan paradda iştirakı nəzərdə tutulan Türkiyə Prezidenti Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevlə birgə Qarabağda döyüşən qəhrəman əsgərləri salamlayacaq.

Ərdoğan Qarabağda təhlükəsizliyin daimiliyində Türkiyənin Azərbaycana dəstəyini şəxsən təqdim edəcək.

Paraddan sonra gündəmdə duran məsələ Türkiyə-Naxçıvan xətti olacaq. Dağlıq Qarabağ zəfərinin ən əhəmiyyətli qazanclarından biri olan Naxçıvan dəhlizinin qurulması və Azərbaycanla Türkiyənin quru yolunun birləşdirilməsi masadakı ən əhəmiyyətli mövzudur.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə