Ultimatum verildi - Nikol Paşinyana

Ultimatum verildi - Nikol Paşinyana

Ermənistandakı hakimiyyət-müxalifət qarşıdurması həlledici mərhələyə qədəm qoyur. Şənbə günü İrəvanda on minlərlə insanın qatıldığı anti-hökumət mitinqinin iştirakçıları 2018-ci ildə baş verən məxməri inqilabından bəri ilk dəfə baş nazir Nikol Paşinyandan çərşənbə axşamına qədər istefa etməsini tələb ediblər. SİA kommersant.ru saytında yayımlanan məlumata istinadən xəbər verir ki, əgər o imtina edərsə, müxalifət bütün ölkədə etiraz aksiyalarına başlayacağı ilə hədələyir.

Bu arada qeyd edək ki, Nikol Paşinyan özü getmək fikrində deyil və onu qanuni şəkildə vəzifəsindən uzaqlaşdırmaq olduqca çətindir. Bu o deməkdir ki, hakimiyyət uğrunda mübarizənin nəticəsi etirazların kütləvi miqyasından və Nikol Paşinyanın küçə təzyiqinə tab gətirmə qabiliyyətindən asılı olacaq.

Xatırladaq ki, Ermənistandakı hökumət əleyhinə etirazlar noyabrın 9-dan 10-na keçən gecə Rusiya, Ermənistan və Azərbaycan rəhbərlərinin hərbi əməliyyatların dayandırılması və Dağlıq Qarabağın Azərbaycana qaytarılması şərtləri ilə razılaşmasından sonra başlayıb.

Ötən həftələrdə gücünü toplayaraq "Vətənin Qurtuluş Hərəkatı" adı altında birləşən Ermənistan müxalifəti "xəyanət" və "təslim olmaq"da günahlandırılan baş nazir Nikol Paşinyanın vəzifəsindən uzaqlaşdırılması üçün bir növ məşq keçirib. 17 müxalifət partiyasının təşkil etdiyi mitinq başlamazdan əvvəl, şənbə günü Nikol Paşinyan səhər özünün Facebook səhifəsində xalqa bir daha müraciət edib və “Silahlı qüvvələrin Ermənistan sərhədi boyunca yerləşdirildiyini bəyan edərək, hər gün çaxnaşma yaratmamağı xahiş edib. Bu yola davam etməliyik, deyərək Paşinyan ehtirasları sakitləşdirməyə çalışıb və müraciətindən sonra hökumət binası qarşısında itkin düşən və əsir götürülmüş hərbi qulluqçuların və mülki şəxslərin ailə üzvləri ilə görüşüb.

Görünür, Ermənistanın baş nazirinin vəzifəsini qorumaq niyyəti ilə atdığı addımların heç bir faydası olmayıb və ona öz vəzifəsini təhvil verməsi, uzaqlaşması barədə verilən vaxt, ültimatim təsdiq edir ki, bu dəfə Paşinyanın manipulyasiya cəhdi uğursuz alınıb.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə