Baydenin yeni komandasında diqqəti cəlb edən iki şəxs - Türkiyə və Azərbaycanla əlaqələr?

Baydenin yeni komandasında diqqəti cəlb edən iki şəxs - Türkiyə və Azərbaycanla əlaqələr?

ABŞ-da yeni seçilmiş prezident Co Bayden və vitse-prezident Kemale Harris Ağ Evdə vəzifəyə başlamazdan əvvəl öz komandalarını yığmağa başlayıblar. SİA xarici KİV-lərə istinadən xəbər verir ki, Bayden bu yaxınlarda iqtisadiyyat komandasını təqdim etdikdən dərhal sonra müavini Harris də onunla yaxından işləyəcək insanların adları açıqlayıb. Bunlardan ikisi daha diqqətçəkəndir. Hətta, erməni mətbuatının belə diqqətindən Türkiyə ilə əlaqəsi olan bu iki nəfər yayınmayıb. Ermənilərin bu seçimlərdən nə qədər narahat olduqları ortaya çıxıb.

Harrisin komandasında olacaq şəxslərdən biri Türkiyənin Kırklareli Vize bölgəsindən olan Özkan Sedat Kösoğlunun həyat yoldaşı Rohini Kösoğludur. Harris Kösoğlunu daxili siyasət üzrə məsləhətçi təyin edib. Əlbəttə, Türkiyə ilə birbaşa əlaqələri olan birinin Ağ Evdə çalışması çox vacib məqamdır.

Digər şəxs isə Türkiyəni çox yaxından tanıyan, Georgetown Universiteti və ABŞ Dövlət Departamentinin alimi, diplomat Nansi Elien MakEldovney-dir. Kemale Harris keçən ay Dövlət Departamenti ilə işləmək üçün Baydenin "keçid komandası"na qoşulan MakEldovney-i ofisinin Milli Təhlükəsizlik müşaviri təyin etdiyini açıqlayıb. MakEldovney 2005-2008-ci illərdə ABŞ-ın Türkiyədəki səfirliyində müvəqqəti işlər vəkili vəzifəsində çalışıb və daha əvvəl də 2001-2004-cü illərdə Azərbaycanda da eyni vəzifəni icra edib.

Diqqət çəkən digər bir məqam da ondan ibarətdir ki, MakEldovney 2007-ci ildə preizdent Corc Buşun Konqresdə qondarma erməni soyqırımı qərarının çıxmamasının vacibliyini vurğuladığı zamanda və 2009-cu ildə Türkiyə-Ermənistan protokolunun hazırlanmasında təsirli şəxslərdən biridir. Başqa sözlə desək, daha çox türk tərəfini dəstəkləyən şəxs olaraq tanınır.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə