Ramiz Rzayev: “Qəbul edilən qərarlar Avropa standartlarına uyğunlaşdırılır”

Ramiz Rzayev: “Qəbul edilən qərarlar Avropa standartlarına uyğunlaşdırılır”

Bu gün Bakıda səfərdə olan Fransa Respublikası Ədliyyə və Azadlıqlar Nazirliyi Avropa və Beynəlxalq Məsələlər Xidmətinin rəisi Erik Metrpyer Ali Məhkəmənin sədri Ramiz Rzayevlə görüşüb. Ali Məhkəmədən SİA-ya verilən məlumata görə, görüşdə ölkənin məhkəmə sistemi, strukturu və fəaliyyəti barədə məlumat verən Ramiz Rzayev qeyd edib ki, Avropa ailəsinin bir üzvü olan Azərbaycan Avropa Şurasına daxil olan ölkələrlə əməkdaşlığa xüsusi önəm verir. Ali Məhkəmənin sədri deyib ki, beynəlxalq hüquqi aktlar, xüsusən də "İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında" Avropa konvensiyasının müddəaları, Avropa İnsan Hüquqları Məhkəməsinin presedent hüququ Ali Məhkəmədə öyrənilir və onlara istinad olunur. Qəbul edilən qərarlar Avropa standartlarına uyğunlaşdırılır. Məhkəmə sistemində ən yeni informasiya texnologiyalarından istifadə olunur.

Fransa Respublikası Ədliyyə və Azadlıqlar Nazirliyi Avropa və Beynəlxalq Məsələlər Xidmətinin rəisi iki ölkə arasında qarşılıqlı əməkdaşlığın böyük əhəmiyyət daşıdığını bildirib.

Bütün xəbərlər Facebook səhifəmizdə