“Paşinyanın istefası ləyaqətimizin qorunması deməkdir” Artur Vanesyan

Paşinyanın istefası bizə ləyaqətimizi qorumağa şans vermək deməkdir. SİA Ermənistana məxsus hayeli.am saytında yayımlanan məlumata istinadən xəbər verir ki, “İndependent” Ermənistanda Nikol Paşinyanın istefasını tələb edən aksiyalar barədə məqalə dərc edib və bu haqda Artur Vanesyanın açıqlamasını da yayımlayıb.
Nəşrdə qeyd olunduğu kimi, Ermənistanın paytaxtında minlərlə etirazçı postsovet ölkəsinin baş nazirinə qonşu Azərbaycanla sülh sazişi ilə əlaqədar istefa etməsi üçün təzyiq göstərməyə davam edir. Həmçinin, nəzərə çatdırılır ki, Ermənistanın Milli Təhlükəsizlik Xidmətinin keçmiş direktoru və müxalif “Ayrenik” partiyasının lideri Artur Vanesyan qəzetə açıqlamasında müxalifətin barışıq müqaviləsini ləğv etmək istəmədiyini söyləyib.
“Mövcud hökumət tamamilə uğursuz oldu. Bu hakimiyyət siyasi meydanı dərhal tərk etməli, digər siyasi qüvvələrin vəziyyəti heç olmasa yaxşılaşdırmağa çalışmasına icazə verməlidir. Paşinyanın istefası bizə ləyaqətimizi qorumağımıza imkan verəcək", deyə Vanesyan bildirib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə