“Sisakan” dəstəsinin komandiri Aşot Minasyan baş nazir Nikol Paşinyana ilk atəşi açmaq hüququ verərək onu duelə çağırıb və beləliklə də meydan oxuyub. SİA Ermənistana məxsus armenianreport.com saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bu barədə Minasyan bu keçirilən mətbuat konfransında bəyan edib.

“Mənim belə bir xarakterim var ki, hər kəslə duelə gedə bilərəm. Baş nazir mənimlə döyüşə bilirsə, onu duelə çağırıram, ona vaxt və məkan, silah seçmək hüququ verirəm, həmçinin ilk atış hüququ da verirəm”, deyə Aşot Minasyan bu gün keçirdiyi mətbuat konfransında bildirib.

Aşot Minasyan, Paşinyanın ona qarşı, onun həbs edilməsi üçün bir iş "uydura" bilməyəcəyini də vurğulayıb.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə