Ermənilərin “Asbarez” nəşri Bakını radioaktiv səhraya çevirməyə çağırdı VƏHŞİLİK

Ermənilərin ABŞ-da nəşr edilən “Asbarez” qəzeti Azərbaycana və onun vətəndaşlarına qarşı bütün dünyada qadağan olunmuş kütləvi məhv silahı (KMS) tətbiq etməyə çağıran məqalə ilə çıxış edib. SİA xəbər verir ki, bu haqda Türkiyənin “Sabah” nəşri yazır. (Armenian newspaper calls for use of nuclear weapon against Azerbaijan ) “Asparez”də sözügedən yazı ilə çıxış edən Stepan Altunyan Ermənistan hökumətinə çağırış edərək istənilən əlçatan nüvə silahından istifadə etməklə “Azərbaycanın paytaxtı Bakını növbəti 5000 ildə səhraya çevirməyə” səsləyib.

“Mən digər bütün ermənilər kimi dəhşətə gəlmişəm, ancaq təəccüb də etmirəm ki, Ermənistan azərbaycanlılara uduzub”, yazan Altunyan noyabrın 10-da imzalanmış kapitulyasiya aktını nəzərdə tutub.

“Onlar (azərbaycanlılar) Bakını növbəti 5000 ilə radioaktiv səhraya çevirmək məqsədimizi anladıqdan sonra düşünməyə başlayacaqlar”

Maraqlıdır ki, “Asbarez”in rəhbərliyi tərəfindən də dəstəklənən və dərc edilən məqalədə erməni müəllif sual edib: “Bəs nüvə variantı necə oldu? Nəyə görə də Metsamordakı nüvə qalıntılarını çıxarıb, çirkli bomba hazırlanmasın?”.

“Onlar (azərbaycanlılar) Bakını növbəti 5000 ilə radioaktiv səhraya çevirmək məqsədimizi anladıqdan sonra düşünməyə başlayacaqlar”, erməni müəllif yazır.

Qeyd edək ki, Azərbaycanın Los-Ancelesdəki Baş konsulluğu dərhal adıçəkilən erməni informasiya agentliyinin və qəzetinin həmin məqaləsini pisləyib və eyni zamanda, ABŞ-ın hüquq-mühafizə orqanlarını sözügedən məsələ ilə bağlı araşdırmağa çağırıb.

“Biz Los Anceles FTB-ni və polisi bu işi araşdırmağa çağırırıq”, deyə Baş konsulluq tələb irəli sürüb.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə