"Azərbaycan müharibəni ona görə başlamadı ki..." ÖZƏL-MÜNASİBƏT

"Artıq görünən odur ki, Rusiyanın Qarabağda sülhməramlı əməliyyatı əsasən, burada erməniləri qorumaq, separatizmi inkişaf etdirmək və silahlı erməni birləşmələrinə dəstək olmaqdır". Bunu SİA-ya politoloq Məhəmməd Əsədullazadə deyib.

Politoloqun sözlərinə görə, Moskva ilk növbədə Arayik Arutunyanın oyuncaq rejiminin fəaliyyətini qadağan etməli idi, burada "müdafiə ordusu" adında qondarma erməni silahlı birləşmələrini ləğv edib, ermənilərlə azrbayacanlılar arasında sülh missiyasını dəstəkləməlidir: "Amma, Rusiya burada nə edir. İlk növbədə terrorçu Arayik Arutuyanın qondarma rejiminə dəstək verir. Ermənistan müdafiə naziri Vaqaraşak Arutunyan Xankəndiyə səfər edir. Bu ilk növbədə Azərbaycanın ərazi bütövlüyünü pozmaq və onun səfəri sülh imkanlarının formalaşmasının qarşısnı almaqdır. Bu görüşdə "Artsaxla" Ermənistan arasında təhlükəsizlik əməkdaşlığı, "müdafiə ordusu" ilə Ermənistan silhalı qüvvələri arasında əməkdaşlığı inkişaf etdirmək, "Artsaxın müdafiə" imkanlarına dəstək verməkdir. Bu, Kreml tərəfindən dəstək verilən və qızışdırılan bir ssenaridir".

Politoloq qeyd edib ki, ilk növbədə Rusiya sülhməramlı qüvvələri orada bu kimi məsələlərin qarşısını almalıdır və buna borcludur: "Amma, dəstək verir. Burada Azərbaycana qarşı yeni bir təzyiq mexanizmi fomalaşdırır. Ona görə də Türkiyə ilə birgə Xankəndində və digər Laçın korridorunda patrul sisteminə razı olmadı. Rusiya burada erməni hərbi birləşmələrini silahla təchiz edəcək, onlara lojistik dəstək verəcək. Bundan əlavə, Xocalı aeroportunun açılmasını israr edir. Azərbaycanın aeroparta icazə verməsi, Dağlıq Qarabağın Azərbaycandan tam qoparılmasına səbəb ola bilər. Rusiyanın da məhz əsas siyasi planı budur. Azərbaycan buna icazə verə bilməz".

M.Əsədullazadə bildirib ki, bu müharibədə Azərbaycan böyük qələbə qazanıb: "Bu, birmənalıdır. Rusiya burada sülhməramlı missiyasından kənar siyasi planlar reallaşdırır və bununla Türkiyə-Azərbaycan tandemini zəiflətməyə çalışır. Kiçik bir ərazidə Rusiyanın burada militarist və siyasi planlarını qarşısının alınması istiqamətində ciddi siyasi mərhələ lazımdır. Azərbaycan nəyi bacarıbsa, onu da edib. Biz tarixi qələbə qazanmışıq. Rusiya danışıqlar prosesindən kənar bir siyasi işlər görəcəksə, onun qaşısı alınmalıdır.

Azərbaycanlılar Xankəndi, Xocalı, Ağdərə, Xocavəndə və Şuşanın kəndlərinə qayıtmalıdır və bunu Rusiya sülhməramlı qüvvələri koordinasiya etməlidir. Yoxsa, Rusiya gəlib, burada erməniləri müdafiə edəcəksə, Rusiyanı Türkiyə ilə birgə Qarabağdan çıxarmaq lazım gələcək. Prezident İlham Əliyev də Rusiyanın burada sülhməramlı missiyasının erməniləri müdafiə etməsinə və burada bir avtonom idarə mərkəzi yaradılmasına seyrçi qalmayacaq.

Azərbaycan müharibəni ona görə başlamadı ki, Qarabağda ermənilərə müstəqillik verilsin. Rusiya gəlib, burada onları müdafiə etsin. Proses uzun olacaq və regionda dəyişən proseslər Azərbaycanın leyhinə olacaq".

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə