ABŞ-ın keçmiş agenti: “Üsamə bin Laden öz əcəli ilə hələ 5 il bundan öncə vəfat edib”
Üsamə bin Laden öz əcəli ilə hələ 5 il bundan öncə vəfat edib. SİA-nın "Lenta.ru" saytına istinadən verdiyi xəbərə görə, bunu ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) keçmiş agenti Berkan Yaşar deyib. Onun sözlərinə görə, amerikalılar hazırda sadəcə "Əl-Qaidə" liderinin qəbrini tapıblar.
Milliyətcə çeçen olan Berkan Yaşar hələ 90-cı illərin əvvəllərində Çeçenistanda tanış olduğu Üsamə bin Laden haqqında danışıb: "1992-ci ilin sentyabrında mən Çeçenistanda idim və Bin Laden adlandırılan şəxslə ilk dəfə elə həmin vaxt tanış oldum. Mən onun çeçen mühafizəçilərini yaxşı tanıyıram: Sami, Əyyub və Mahmud. Onlar sonadək Bin Ladenlə olublar. Həmin tarix yaxşı yadımdadır, orda üç 6 rəqəmi var idi: 26.06.2006. Şəxsən həmin insanlar, həmçinin iki nəfər londonlu, iki amerikalı, ümumilikdə yeddi nəfər onun meyitini görmüşdülər. O çox ağır xəstə idi. Onlar Bin Ladenin cəsədini özləri yudular, özləri də basdırdılar".
Qeyd edək ki, keçmiş agent hazırda Türkiyədə yaşayır və mühafizə olunur. O, həyatına qarşı təhlükə olduğunu bildirir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB