İki erməni hərbçisi partlayışda öldü Ermənistan MN

Dağlıq Qarabağ rejiminin məğlub silahlılarından ikisi 1 dekabr tarixində sursat partlaması nəticəsində məhv olub. SİA Ermənistana məxsus armenianreport.com saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bu barədə informasiya Ermənistan Müdafiə Nazirliyinin mətbuat xidməti tərəfindən təsdiqlənib.

Verilən məlumata görə, hadisə şərq istiqamətindəki postlardan birində döyüş sursatlarının çıxarılması zamanı baş verib. Bildirilir ki, 19 yaşlı hərbçilər Jirayr Matevosyan və Qeqam Ovannisyan ölüb.

Faktla bağlı araşdırma aparılır.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə