Ucuz erməni “təfəkkürü”: Növbəti hədəf Co Baydendir! ANALİTİK

Armenianreport yazmağına "yazır", amma...

Görünür, ermənilər məğlubiyyət ab-havaları səbəbindən get-gedə ağıllarını da sürətlə itirməyə başlayıblar. Daha dəqiq desək, özlərini “siyasi başbilən” hesab edən yazarlar, ictimaiyyətçilər və s. toplumu iddia edirlər ki, bütün dünya bunların problemlərini həll etməliymiş, hətta məişət problemlərini də. Amma fakt budur ki, “ağıllı” ermənilər həqiqətdə özünəməxsus uzun, hər yerə girən burunlarından o tərəfi görmək qabiliyyətində deyillər. Çünki “təfəkkürləri” buna imkan vermir.

“Co Bayden çox yəqin ki, özünün seçkiöncəsi çıxışlarını tez unudacaq və ABŞ ermənilərinin ümidlərini puça çıxaran növbəti yalançı olacaq”. SİA xəbər verir ki, bu haqda Ermənistanın armenianreport informasiya agentliyinin siyasi şərhçisi Razmik Akopcanyan öz məqaləsində yazıb. Erməni müəllif Co Baydenin ABŞ-ın lazım olmayan münaqişələrə qarışmayacağı barədə səsləndirdiyi fikirlərini əlində “əsas” tutaraq, bizim fikrimiczə isə həyasızcasına (!) qeyd edir ki, bu xəbər Amerika tərəfindən növbəti şərhlər və əlavə izahlar tələb edir. Yəni Co Baydenə yaxın çevrə ermənilərə izahat verməliymiş ki, ABŞ-ın prezidenti seçilmiş siyasətçi nəyə görə həmin ifadəni işlədib və sözügedən bəyanatını səsləndirərkən Qarabağ münaqişəsini də nəzərdə tutub, yoxsa yox...

Xankəndi ermənilərinin Rusiyada qeyd olunan “Sülhməramlılar Günü” münasibəti ilə rus əsgərlərinə tort və şirniyyatlar təqdim etdikləri zaman onların açıq-aydın hiss olunan yaltaqlıqlarını göstərə bilərik

Əslində burada hər hansı bir təəccübə də gərək yoxdur. Çünki ermənilər dünyada həyasız reallıqlarına ən çox sahib olan yeganə millətdir və mən bunu ona görə açıq yazıram ki, həmin reallığı digər xalqların, millətlərin də nümayəndələri tarixlər boyu etiraf ediblər. Məsələn, Xankəndinə geri dönmüş ermənilərin Rusiyada qeyd olunan “Sülhməramlılar Günü” münasibəti ilə rus əsgərlərinə tort və şirniyyatlar təqdim etdikləri zaman onların açıq-aydın hiss olunan yaltaqlıqlarını göstərə bilərik. Dünənə qədər Rusiya hakimiyyətini, rusları təhqir edən Qarabağ erməniləri indi rus hərbçilərinin qarşısına təzim edərək çıxır, onların həmişəlik (?!) orada qalmaları barədə danışır, həm də rusların “böyük qardaş” olduqlarını bildirirlər. Yəni tarixən belə olub, hər zaman!

Hansı ki, Bayden seçiləndə çırtma çalıb-oynayan da məhz ermənilər idi...

İndi də erməni siyasi şərhçisinin ABŞ-ın seçilmiş prezidenti Co Baydenə qarmaq atması və az qala ona düşmən münasibətini bəslədiyini gizlətməməsi həmin mənanı ehtiva edir. Hansı ki, Bayden seçiləndə çırtma çalıb-oynayan da məhz ermənilər idi. Bu da öz yerində...

Beləliklə, Razmik adlı siyasi yazar qeyd edir: “Təəssüf ki, biz namizəd tərəfindən növbəti dəfə “Artsax” mövzusunun siyasi spekulyasiya və siyasi rəqibinin ünvanına tənqid etməsi naminə işlədilyinini gördük. Əsasən, oktyabrın sonunda Co Bayden dövlət katibi Pompeonun oktyabırn 25-də atəşkəsin pozulması barədə fikirlərini sevinclə qarşılamışdı”.

Erməni müəllif Baydenin “Dağlıq Qarabağ xalqı” (əslində belə bir xalq yoxdur-R.N.) barədə danışdığını xatırladır, bildirir ki, prezidentliyə namizəd həmin vaxt bu “xalqın” artıq çox əziyyət çəkdiyini demişdi və s. O cümlədən, Baydenin növbəti fikirlərini də qeyd edib. Bayden demişdi: “ Bir aylıq müharibədən sonra prezident Tramp Ermənistan, Azərbaycan və Türkiyə liderlərini bir araya gətirməklə azərbaycanlıların Dağlıq Qarabağın dərinliklərinə getməsinin qarşısını almaq, təcili deskalasiya prosesini icra etmək üçün çağırışlarını etməli idi...”

Bu rüsvayçılıq prezident Baydenin də dövründə davam edəcək

Akopcanyan onu da yazır ki, Tramp kənarda qaldı və Qarabağ münaqişəsinin həlli prosesi Azərbaycan, Rusiya və Türkiyə tərəfindən icraata götürüldü. Müəllif burada Nikol Paşinyanın da fəaliyyətini milli xəyanətkarlıq adlandırmağı əlbəttə ki, unutmayıb və erməni baş naziri haqqında hər gün erməni sosial şəbəkə seqmentlərində, KİV-lərində yazılan fikirləri təkrarlayb. Ona görə də həmin fikirlərə yer ayırmağı da lüzum görmədim. Sadəcə, Paşinyanın biabırçılıqla gedəcəyinə işarə edən armenianreport-un siyasi yazarı yenidən söhbətin məcrasını Co Baydenə tərəf döndərib: “Hə, o (Paşinyan) ünvanına söylənən əsaslı lənətləri duya-duya, rüsvayçılıqla gedəcək. Ancaq bütün bunlar Trampın dövründə ABŞ-ın hadisələrə göz yumması siyasətini də rüsvay edir və bu rüsvayçılıq prezident Baydenin də dövründə davam edəcək. Co Bayden çox yəqin ki, özünün seçiöncəsi çıxışlarını tez unudacaq və ABŞ ermənilərinin ümidlərini puça çıxaran növbəti yalançıya çevriləcək. Bununla Ermənistandakı milyon vətəndaşın ümidlərini öldürəcək. Ancaq Baydendən teoretik olaraq tamamilə başqa məsələləri gözləmək olardı. Məsələn, Trampın prezidentliyi dövründə daha özünəinamlı davranan, Azərbaycana silah satan İsrailə təzyiq göstərə bilərdi”.

Ermənilər Baydenə hansı “məsləhətlərini” verirlər?

Bax, bu cür sərsəm, düşüncəsiz bir “təhlili” ilə erməni müəllif iddia edib ki, əgər Bayden seçkiöncəsi çıxışlarında belə bir mövqe sərgiləsəydi, guya yəhudi dövləti Azərbaycanla münasibətlərini zəiflədə, ümumiyyətlə isə bizi, yəni Azərbaycanı ölümə bərabər hala gətirə bilərdi! Nə deyəsən, bu sadəcə bir erməni “təfəkkürüdür”. Belə olmasa idi, o yazısının davamı olaraq qeyd etməzdi ki, Bayden ABŞ-la İranın münasibətlərinə yenidən baxa və müəyyən yaxınlaşma əldə edə, həmçinin Ermənistanın əlinə oynaya bilərdi. Üstəlik Türkiyənin regiondakı mövqeyinin güclənməsinin qarşısını ala, eyni zamanda Rusiyaya, Ukraynaya təzyiq göstərərək uğur əldə edə bilərdi və s. Yəni armenianreport-un siyasi yazarı bir növ ABŞ-ın seçilmiş prezidenti Co Baydenin gələcək siyasi addımlarını atması üçün “tövsiyələrini” verir, nə qədər gülməli görünsə də...

Ancaq yaxşı ki, erməni siyasət yazarı burada həddini aşdığını anlayıb, bu “tövsiyələrin” teoretik olduğunu bildirib və etiraf edib ki, praktiki yanaşmada onlar, yəni ermənilər tamamilə başqa reallıqları görəcəklər, hansı ki, Bayden bu barədə bəyan edib – Amerikanın münaqişələrə qarışmaması qərarı ilə.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...