"Paşinyan Rusiya, İran və Çin ilə əlaqələri korladı" Eks-baş nazir

Ermənistanın keçmiş baş nazirinin dediyinə görə, 25 il əvvəl olduğu kimi, bir-birini tamamlayan bir siyasət yürütmək mümkün idi, amma indi Rusiya və ABŞ-ın yolları bir-birindən uzaqlaşdı, əlavə olaraq, Qərb bu bölgəni çoxdan Türkiyəyə "həvalə etdi". SİA Ermənistana məxsus armenianreport.com saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bu sözləri Ermənistanın keçmiş baş nazir Hrant Baqratyan çərşənbə günü keçirdiyi mətbuat konfransında deyib.

O, qeyd edib ki, Ermənistan hakimiyyəti Rusiya ilə münasibətləri gücləndirə bilmədi və daha sonra İran və Çin ilə əlaqələrini tamamilə pozdu. Onun sözlərinə görə, İrəvan Tehran və Tiflislə də münasibətləri inkişaf etdirə bilmədi, üstəlik anti-türk siyasi mövqeyini açıq şəkildə bəyan edərək, Çin ilə münasibətləri də ciddi şəkildə pozdu.

Ermənistanın keçmiş baş nazirinin dediyinə görə, Qərb ölkələrinə gəldikdə, əlbətdə ki, Trüdo ilə şəkil çəkdirmək və ya Merkellə selfi etmək çox xoş idi, amma nə biri, nə də digəri nə sursat, nə də avadanlıqla kömək etmək fikrində deyildi. Macron, qarşı çıxdı, lakin xarici siyasətdə Avropa Birliyi bir şəkildə ABŞ-ın tərəfini tutdu.
Baqratyan yaxın gələcəkdə Rusiya Ermənistan ordusunu gücləndirməyə, yalnız silahlı qüvvələrə deyil, ölkəni də gücləndirə biləcək bir liderə ehtiyac duyulduğunu da vurğuladı.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə