YAP-ın nümayəndələri Şəhidlər xiyabanını ziyarət ediblər FOTOLAR

Noyabrın 21-də Yeni Azərbaycan Partiyasının nümayəndələri Şəhidlər xiyabanını ziyarət ediblər. SİA-nın verdiyi məlumata görə, Xiyabana gələn partiya nümayəndələri ölkəmizin azadlığı və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini yad edib, onların məzarlarının üzərinə və "Əbədi məşəl" abidəsinin önünə gül düzüb.
Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə