Araşdırmaçı jurnalist Serdar Ünsal “Soykırım” kitabı yazdı FAKTLAR

Araşdırmaçı jurnalist Serdar Ünsal “Soykırım” kitabı yazdı FAKTLAR

Qardaş Türkiyənin elmi araşdırmaçısı, jurnalist Serdar Ünsal tərəfindən azılan Ermənilərin 1919-1920 illəri arasında İğdır və ətrafında, 1992-ci ildə Azərbaycanın Qarabağ, Xocalı, Şuşa şəhərlərində törətdiyi vandalizm və soyqırımıları barədə bəhs edən “Soykırım” kitabını İğdır iniversitetinin Məslək ali məktəb müdiri, elmləri doktoru namizədi Turhan Moça hədiyyə edib. SİA xəbər verir ki, bu barədə Türkiyənin nüfuzlu "Sabah" nəşrinin elektron versiyasında qeyd olunub.

Kitabı ilə yanaşı, Azərbaycanın dövlət bayrağını da hədiyyə edən Serdar Ünsal Turhan Moça kitabı ilə bağlı bilgilərini verib.

“Ermənilərin törətdiyi zülmü və soyqırımlar türk milləti tərəfindən heç bir zaman unudulmadı və unudulmayacaq”, deyən müəllif qeyd edib ki, ermənilərin 1919-1920-ci illər arasında İrəvanda, İğdırda törətdikləri vəhşəti, Araz çayını qan gölünə çevirmələrini, xanımı ərindən, ananı balasından, ana və atanı övladlarından ayırmalarını, o zamankı vəhşiliyi yaşayanların dilindən dinləyəcəyik: “Yenə 1919-1920-ci illərdə İğdır və ətrafında soyqırımı tətbiq edən vəhşi ermənilərin nəvələrinin Azərbaycanda, Xocalıda, Şuşada, İrəvanda, Qarabağda törətdikləri qətliam olaylarını yaşayanların dilindən oxuyacaqsınız. Mütailə edərkən də həm hüznə qapılacaq, həm də üzüləcəksiniz. Ermənilərin gerçək üzünü bir daha görmüş olacaqsınız. Yeni yetişən gənc nəsillərə ermənilərin gerçək üzünü, dırnaqarası soyqırımı yalanını anlatmalıyıq”.

“Türk milləti, gəncliyi ermənilərin illərdən bəri nə qədər türk düşməni olduğunu, türkün yaşadığı torpaqlarda gözü olduğunu bilməli, öyrənməlidirlər”, deyən qardaş ölkənin jurnalist-yazarı bildirib ki, ermənilərin Azərbaycana qarşı törətdikləri son hücumları, təxribatları göz önündədir.

Turah Moç da qeyd edib ki, elm adamı olaraq Serdar Ünsalın fəaliyyətini təqib edir, izləyir. “Uğurlu çalışmalarınız var. Təbrik edirəm ki, belə bir tarixi mövzuları, sənədləri hadisələri yaşayan insanların dilindən gənclərimizə çatdırırsınız, aydınlaşdırırsınız”, deyən İğdır universitetinin müəllimi bildirib ki, onun da ata-babaları erməni zülmünə məruz qalıblar: “Koçqıran kəndində insanlar su quyularına doldurulub öldürülmüş, məscidlərdə yandırılmışdır. İğdırda yaşayan nüfuzun yazdə 80-ninin dədə və nənələri erməni zülmünü görmüşdür. Hər ailədən ən azı 2 şəhid vardır. Ermənilərin 1915-20-ci illər arasında Anadoluda, Azərbaycanda, 1992-ci ilində yenə Azərbaycanda, Xocalıda törətdikləri ortadadır”.

Moç qeyd edib ki, ermənilər dırnaqarası yalanlarını avropalılara inandırmağa çalışırlar: “Ermənilər İğdırda da qətliam törədiblər. Türk milləti köklü bir millətdir və heç bir digər xalqlara soyqırımı törətməyib. Soyqırımı edənlər yalanlara sığınan ermənilərdir. İğdırda Oba, Hakmehmet, Koçkıran, Gedikli kəndlərində soyqırımları törədiblər”.

“Bu acıları yaşayanların dilindən ermənilər özəlliklə iyirminci əsrdə Anadolu və Qafqazlardakı türk nüfuzuna qarşı bir çox vəhşi qətliamlar törətmiş, türk coğrafiyasında mövcud olan tarixi abidələri də ortadan qaldıraraq, rusların onlara ərməğan etmiş İrəvan xanlığı torpaqlarını “qədim erməni yurdu” adı altında həyasızcasına bütün dünyaya təqdim etmişdir”, deyən universitet səlahiyyətlisi bildirib ki, bu da azmış kimi ermənilər özlərinin törətdikləri soyqırımlarını görməzlikdən gələrək, “türklər bizə soyqırımı etdilər” deyə bağırırlar: “Bu kitabda erməni təbliğatlarının nə qədər gerçəkdən kənar olduğunu görəcəksiniz. Ayrıca olaraq keçdiyimiz əsrin əvvəllərində və sonlarında həm Türkiyə, həm də Azərbaycanın müxtəlif bölgələrinə köç etmək məcburiyyətində qalan şahidlərin tükürpədən hekayələrini ilk mənbədən oxuyacaqsınız”.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə