Rusiya Xarici Kəşfiyyatının rəhbəri: "ABŞ və müttəfiqləri bu faktdan əsəbiləşir"
Bir sıra Qərb ölkələri Rusiyanı Zaqafqaziyadan qovmaq üçün Qarabağdakı münaqişəni yenidən alovlandırmağa çalışırlar. SİA xəbər verir ki, bunu Rusiya Federasiyası Xarici Kəşfiyyat Xidmətinin (SVR) rəhbəri Sergey Narışkin deyib.
Onun sözlərinə görə, SVR-də Qərbin atəşkəslə bağlı əldə olunmuş razılaşmanı ləkələmək üçün Azərbaycan və erməni millətçilərini təhrik etdiyi barədə məlumatlar var. Narışkin bu hərəkətlərin məqsədinin atəşkəs razılaşmasını pozmaq olduğunu bildirir.
"Erməniləri Qarabağdakı sülhün İrəvan üçün məğlubiyyət olduğuna inandırmağa çalışırlar. "Acı sona qədər müharibə" zəruriliyi fikri atılır. Azərbaycanlılara, əksinə, Azərbaycan ordusunun Stepanakerti (Xankəndi-red) götürməsinə bir addım qalanda Kremlin "qələbəni onlardan oğurladığı" deyilir.
Narışkin əlavə edib ki, Qərb Moskvanın barışıq yaratmaqda vasitəçiliyindən razı deyil: "ABŞ və müttəfiqləri bu faktdan əsəbiləşir".
Elçin
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB