Milli Məclisin deputatı Ramil Həsən Türkiyə-Azərbaycan İş Adamları və Sənayeçilər İctimai Birliyinin (TÜİB) sədri Hüseyn Büyükfıratla görüşüb. SİA-nın verdiyi məlumata görə, görüş çərçivəsində Vətən savaşında canlarını fəda etmiş şəhidlərimiz və onların ailə üzvləri yad edilib, şəhidlərimizə rəhmət və yaralılara şəfalar dilənmiş, qazilərimizə can saglığı arzu edilib.
Görüşdə Ramil Həsən Hüseyn Büyükfırata Azərbaycanın başlamış olduğu II Qarabağ savaşında qardaş Türkiyənin bu çətin və şərəfli tarixi günlərdə vermiş olduğu siyasi və mənəvi dəstəyə görə bir daha təşəkkürlərini ifadə edib. Hər iki ölkənin prezidentləri, cənab Rəcəb Tayyib Ərdoğan və cənab İlham Əliyevin başçılığı altında münasibətlərimizin bundan sonra da uğurla davam edəcəyinə əminliyini ifadə edib. Ucar rayonundan seçilmiş millət vəkili olaraq, Ramil Həsən rayonun problemlərinin həlli istiqamətində hökümətin və dövlətin atmış olduğu uğurlu sosial-iqtisadi layihələr barədə məlumat verib, görüşdə dövlətimizin şəhidlərimiz və onların ailələrinə, yaralılara və qazilərə böyük diqqət göstərdiyini xüsusilə vurğulayıb.
Qarşılıqlı fikir mübadiləsi əsnasında Hüseyn Büyükfırat öz növbəsində Azərbaycan-Türkiyə qardaşlığının əbədi olduğunu, o cümlədən dövlət başçılarının bilavasitə liderliyi ilə iki ölkənin münasibətlərinin günü-gündən gücləndiyini bildirib. Qarabağ savaşında, həm də bundan sonrakı proseslərdə Türkiyənin hər zaman Azərbaycanın yanında olacağını ifadə edib. Həmçinin, bu istiqamətdəki müzakirələr zamanı Hüseyn bəy Türkiyədən bir çox xeyriyyə qurumlarının, şəxsən özünün birbaşa xeyriyyə aksiyalarında aktiv iştirak etdiyini, bunu xeyirsevən insanların mənəvi borc olaraq bildiyini, şəhid ailələrimizə, yaralılara və qazilərə bundan sonra da dəstək vermək niyyətini və arzusunu ifadə edib.
Ramil Həsən belə bir təşəbbüsə qoşulduğuna görə Hüseyn bəyə xüsusi təşəkkürünü ifadə edib və qərara alınıb ki, Ucar rayonunda şəhid ailələrimizin, qazi və yaralılarımızın ailələrinə müəyyən istiqamətdə dəstək məqsədilə xeyriyyə aksiyası keçirilsin. Dövlət başçımızın və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın Vətən müharibəsi zamanı yaralanmış hərbçilərlə görüşdə çağırışına səs verərək, millət vəkili belə bir xoşməramlı təşəbbüslə çıxış etmiş və xeyirxah iş adamları, o cümlədən Hüseyn Büyükfırat bu prosesə dəstək verib.
Hal-hazırda aksiya artıq başlanıb. Ucar rayonundakı şəhid ailələri, yaralı və qazilərimizin ailələrinə müvafq istiqamətdə dəstək həyata keçirilir. Dövlətimizin siyasətinə uyğun olaraq xeyriyyə tədbirləri gələcəkdə də davam etdiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB