Yalan, böhtan, xəyanət baş alıb getdiyi yerdə həqiqət, ədalət gücsüzdür. Erməni xalqı uzun illər yalanla, böhtanla tərbiyə olunduğu, faşist, nasist təbliğatı altında böyüdükləri, düşmənçiliyi, terroru, təcavüzü özünün həyat amalına çevirdiyi üçün hər vaxt həqiqətdən qaçmış, reallıqdan uzaq olmuş və bunun bəlasını çəkmişdir. Bu sözləri SİA-ya verdiyi açıqlamasında Milli Məclisin Aqrar Siyasət Komitəsinin sədri, millət vəkili Tahir Rzayev deyib.
Komitə sədri qeyd edib ki, günün mənzərəsi, erməni təcavüzkarlarının, millətçilərin vəziyyəti bunu bir daha sübut edir.
“Azərbaycan torpaqlarını 30 il işqal altında saxlayan, xalqımızın başına müsibətlər açan, çoxsaylı soyqrımlar, suiqəstlər, fəlakətlər törədən ermənilər axır ki, öz cəzalarının cavabını alırlar, müzəffər ordumuzun qüdrətli həmlələri qarşısında əzilirlər, yalvarırlar, diz çökürlər və xilas olunmaq üçün başqa dövlətlərin ayaqlarına düşürlər, göz yaşı tökürlər. Ancaq yenə də öz çirkin niyyətlərindən, adətlərindən əl çəkmirlər.
Azərbaycan ordusu bir neçə gün ərzində on minlərlə erməni əsgərini mühasirəyə salıb məhv edə bilərdi. Ancaq Rusiyanın təşəbbüsü və erməni rəhbərlərinin yalvarışları, bəyanata qol çəkilməsi nəticəsində dövlətimizin rəhbəri, Ali Baş Komandan Cənab İlham Əliyev kütləvi qırğına yol vermədi, minlərlə erməni əsgərlərini ölümdən qurtardı. Bu rəhbərimizin, xalqımızın humanizmi idi və əksər dövlətlər, beynəlxalq təşkilatlar tərəfindən yüksək qiymətləndirildi. Bu addım Prezidentimizin “Biz düşməndən intiqamımızı döyüş meydanında alırıq” ifadələrinin həqiqət olduğunu bir daha sübut edir. Çünki Azərbaycan ordusu döyüşlərin getdiyi günlərdə mülki əhaliyə atəş açmadı, dinc sakinlərə toxunmadı. Əksinə, ermənilər dəfələrlə Gəncəni, Bərdəni, Ağcabədini, Mingəçeviri, Goranboyu, eləcə də digər şəhər və rayonlarımızı raket atəşinə tutdu, onlarla insan qətlə yetirildi, yüzlərlə mülki obyekt məhv edildi”, deyə Milli Məclisin deputatı mövcud vəziyyəti, reallıqları diqqətə çatdırıb.
Millət vəkili vurğulayıb ki, Kəlbəcər rayonundan maneəsiz çıxıb getmələri üçün ermənilərə şərait yaradılması xalqımızın bir daha humanistliyindən irəli gəlir və çox təəssüflər olsun ki, erməni vəhşiləri bu həqiqəti, insanlığı hələ də dərk etmirlər.
“Ermənilər onlara həyat verən, ölümdən qoruyan azərbaycanlılara qarşı yenə də nifrət, qəzəb nümayiş etdirir, evləri, meşələri yandırır, mal-qaranı öldürür, təbiətə ziyan vurur, çirkin əməllər törədirlər. Hətta onlar yenidən müharibə edərək bu torpaqlara qayıdacaqları haqqında bəyanatlar verir, yalanlar uydurur, düşdükləri vəziyyətdən nəticə çıxarmaq , haqq yoluna gəlmək əvəzinə daha da quduzlaşırlar.
Nə etmək olar, yüz illərlə xülyalara uyanları, yalanla, böhtanla tərbiyyə olunanları sözsüz ki, sözlə, düzgün fikirlə az bir müddətdə yola gətirmək çox çətindir. Burada güc, zor daha kəsərlidir. Azərbaycan ordusu da sözlə başa düşməyənləri zorla qandırmağa qadirdir. Həqiqəti anlatmaq, ədaləti bərpa etmək üçün sözsüz bütün vasitələrdən istifadə edilməlidir. Bu bizim haqqımızdır. Qarabağ Azərbaycandır!”, deyə Tahir Rzayev bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB