Naira Zohrabyan: Ermənistan müxalifəti Paşinyanın istefasını tələb edir
Ermənistan müxalifəti baş nazir Nikol Paşinyanın istefasını tələb edir. Bunu “Çiçəklənən Ermənistan” partiyasının üzvü Naira Zohrabyan bəyan edib.
“Bu gün yalnız bir məsələ müzakirə olunmalıdır- hərbi vəziyyətin ləğvi və Nikol Paşinyanın istefası, başqa bir məsələni müzakirə etmək üçün mənəvi haqqımız yoxdur”,- RİA Novosti onun Ermənistan parlamentinin iclasında etdiyi açıqlamadan sitatı dərc edib.
Hazırda İrəvanda etirazlar davam edir, iştirakçılar da baş nazirin istefasını tələb edirlər. Bunun səbəbi onun Qarabağla bağlı mövqeyidir.
Ermənistan Silahlı Qüvvələri və işğaldan sonra əraziyə köçürülmüş mülki əhali Kəlbəcər rayonunu tərk edir. Bunu Azərbaycan Müdafiə Nazirliyinin beynəlxalq hərbi əməkdaşlıq şöbəsinin müdiri general-mayor Hüseyn Mahmudov bildirib. Bakı İrəvanın Kəlbəcər rayonundan qoşunlarını çıxarması üçün əlavə 10 gün möhlət istəməsini qəbul edib. Hazırda proses davam edir. 25 noyabrda 27 il işğal altından qalmış Kəlbəcər rayonu Azərbaycana qaytarılacaq.
Elçin
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB