Etirazçılardan biri intihar edib Ermənistanda

Etirazçılardan biri intihar edib Ermənistanda

Ermənistan Parlamentinin binası önündə baş verın etiraz aksiyasının iştirakçılarından biri intihar edib. SİA armenianreport.com saytına istinadən xəbər verir ki, 10 Noyabr gecəsi Ermənistan Milli Məclisinin binasına girənlərdən birinin cəsədi dünən gecə yarısı İrəvanda Kiyev körpüsünün altında, tapılıb.

Məlumata görə, bir qədər əvvəl bu gəncin bir fotoşəkili sosial şəbəkələrdə yayılıb. Fotoşəkildə onun Ermənistanın bayrağını çiyinlərinə ataraq, siqaret çəkən başqa bir gəncin yanında, parlamentin sədri Ararat Mirzoyanın kreslosunda oturduğu öz əksini tapır.

Ermənistan polisinin məlumat xidməti “Armenia Today” qəzetinə verdiyi şərhdə gəncin intihar faktını təsdiqləyib.
“13 Noyabr saat 22:25-də naməlum bir vətəndaş bizə zəng edərək bir nəfərin Kiyev körpüsündən özünü atdığını deyib. Hadisə yerinə gedən operativ-axtarış qrupu, həmin gün saat 22:20-də 1993-cü il təvəllüdlü Qarnik Petrosyanın intihar etdiyini aşkar edib. Məhkəmə tibbi ekspertizası təyin edilib, ilkin araşdırmalar aparılır”, deyə polisin mətbuat xidmətindən bildirilib.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə