Məhkəmə Sarkisyanı 50 min dollar girov müqabilində sərbəst buraxdı

Məhkəmə Sarkisyanı 50 min dollar girov müqabilində sərbəst buraxdı

İrəvanın ümumi yurisdiksiya məhkəməsi bu gün vəkillərin vəsatətini təmin etdi və Qarabağ münaqişəsini təşviq edənlərdən biri olan Ermənistanın keçmiş prezidenti Serj Sarkisyanın qardaşı oğlunu - Narek Sarkisyanı həbsdən azad etdi. Müdafiə tərəfinin nümayəndəsi Artur Pivazyan 25 milyon dram (50 min dollar) girov qoyulduğunu söylədi.

"Məhkəmə müştərimizi girov müqabilində sərbəst buraxma qərarı verdi"- o TASS-a bildirib.

Narek Sarkisyan 5 iyul 2018-ci il tarixində evində axtarış zamanı tapılan silah və narkotik maddə saxlamaq, habelə başqasının əmlakını mənimsəmək ittihamı ilə axtarışa verilib. Sarkisyan keçən il 21 dekabrda Çex Respublikasından Ermənistana ekstradisiya edilib və 24 dekabrda məhkəmə onun həbsinə qərar verib.

Elçin

Bütün xəbərlər Facebook səhifəmizdə