Paşinyanın ailəsi yardım üçün toplanmış 130 milyon dolları mənimsəyib? İDDİA

Paşinyanın ailəsi yardım üçün toplanmış 130 milyon dolları mənimsəyib? İDDİA

Ermənistanın “İrates” qəzetinin yazdığına görə, bütün dünya erməniləri bir ay ərzində “artsaxa” yardım məqsədi ilə 130 milyon dollar pul yığıblar. SİA adıçəkilən nəşrə istinadən xəbər verir ki, ermənilər bu məbləğin aqibətinin necə olacağından narahatdırlar. Belə ki, artıq yığılan vəsaitlərin Paşinyanlar ailəsi tərəfindən mənimsəniləcəyi ilə bağlı söz-söhbətlər gəzməkdədir.

“Bu günlərdə hakim ailənin harada yerləşmələri və məqsədlərinin nədən ibarət olması məlum deyil”, yazan erməni nəşri qeyd edir ki, bununla bağlı bildirilir: “Biz müvafiq orqanları ümumerməni “Hayastan” fondu tərəfindən əlldə edilmiş vəsaitlərin yalnız səmimi məqsədlərə xərclənməsni və bu pullarınm hakim ailənin caynaqlarına keçməməsini tələb edirik”.

Bununla yanaşı, nəşr Nikol Paşinyanın arvadı Anna Akopyanla bağlı digər maraqlı məqama da toxunub: “Əgər son doqquz ayda Anna Akopyanın saç və imic ustasına dövlət büdcəsindən 39 min dollar xərclənibsə, bu zaman “müştərinin” ölkədən qaçması üçün üzünü, xarici görünüşünü Kanada ab-havasına uyğunlaşdırması və dəyişməsi üçün plastik əməliyyata, eləcə də mülkünün interyerinə tələb edilən vəsaitin də nə qədər olduğunu təxmin etmək mümkündür”.

Müəllif: Rövşən

Bütün xəbərlər Facebook səhifəmizdə