Qondarma rejim prezidenti Arayik Arutyunyan bu gün parlament fraksiyaları ilə görüşüb. SİA Ermənistana məxsus aysor.am saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bu barədə Arutyunyan özünün Facebook səhifəsində yazıb.
“Biz mövcud hərbi-siyasi vəziyyəti və üçtərəfli müqavilənin müddəalarını müzakirə etdik. Başqa şeylərlə yanaşı, şəxsən Ermənistanın baş nazirinə də hərbi əməliyyatların dayandırılması üçün səy göstərmələri xahişi ilə müraciət etdiyimi təsdiqlədim. Qərar hərbi vəziyyət nəzərə alınaraq verildi. Ermənistan Silahlı Qüvvələrin rəhbərliyi də buna ehtiyac olduğunu israr etdi”, deyə Araik Arutyunyan öz social şəbəkə hesabında paylaşıb.
"Müharibənin davam etməsi, Xankəndinin, digər şəhər və kəndlərin dağılması və minlərlə hərbçinin mühasirəyə alınması da daxil olmaqla daha çox insan itkisinə və ərazi itkilərinə səbəb olacağı demək idi və müəyyən ciddi problemlərimiz də var idi", deyə qondarma rejim rəhbəri Arutyunyan bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB