Paşinyan məğlubiyyətini müharibənin ilk günündən hiss edirdi, amma...

Paşinyan məğlubiyyətini müharibənin ilk günündən hiss edirdi, amma...

Ermənistanın baş naziri Nikol Paşinyan maraqlı açıqlama verib. SİA-nın erməni mənbələrinə istinadən verdiyi məlumata görə, o bildirib ki, əslində acınacaqlı vəziyyət barədə Araik Arutunyanla xaosa səbəb olmamaq üçün xalqa tam məlumat vermədik.

Paşinyan "sənədi imzalamadan əvvəl niyə xalqla məsləhətləşmədim" sualına aydınlıq gətirib və əlavə edib ki, xalqa acınacaqlı vəziyyət haqqında məlumat versəydik ciddi çaxnaşmalar ola bilərdi: Bu sənədi imzaladıqdan sonra mən yalnız siyasi deyil, həm də fiziki cəhətdən təhdid altında olacağımı bilirdim, amma mənim üçün 25 min əsgərimizin həyatını xilas etmək daha vacib idi".

Bütün xəbərlər Facebook səhifəmizdə