"Qarabağ erməniləri Paşinyan iqtidarı üçün ciddi sürprizlər hazırlayır" ÖZƏL-MÜNASİBƏT

"Qarabağ erməniləri Paşinyan iqtidarı üçün ciddi sürprizlər hazırlayır" ÖZƏL-MÜNASİBƏT

"Qarabağda əks-həmlə əməliyyatı Azərbaycanın Ermənistan üzərində ciddi şəkildə qələbəsi ilə bitdi. Ermənistan bu müharibədə məğlub oldu". Bunu SİA-ya politoloq Məhəmməd Əsədullazadə deyib.

Politoloqun sözlərinə görə, Azərbaycanın Şuşanı azad etməsi hərbi siyasi qələbə idi: "Bu, Ermənistanda ciddi siyasi böhrana yol açdı və gözlənilirdi. Məhz bu kontekstdə Paşinyanın devrilməsi də reallaşa bilər. Ermənistan vətəndaşları Paşinyanı bu bəyanatla təslimçilikdə ittiham edirlər və ona qarşı kütləvi qəzəb formalaşır. Əsas tətikləyici isə qarabağlı ermənilərdir, qarabağ klanıdır. Bundan əlavə, Qarabağ ermənilərinin nümayəndəsi Samvel Babayan artıq hərbi çevrilişi dilə gətirir. Qarabağ erməniləri İrəvanda Paşinyan iqtidarı üçün ciddi sürprizlər hazırlayır. Hesab edirəm ki, Ermənistanda siyasi böhran dərinləşəcək. Əgər Ermənistanda siyasi hakimiyyət dəyişikliyi olarsa, Qarabağ erməniləri və Ermənistan yekun sülh sazişinə imza atmayacaq. Onlar əldə olunan razılaşmalara getməyəcəklər. Onda Rusiya Ermənistan siyasi elitasina təsir edib, razılaşmalara əməl etməsinə məcbur etməlidir”.

M.Əsədullazadə düşünür ki, Ermənistan siyasi cameəsi və Qarabağ erməniləri bu razılaşmaya ciddi əməl etməyə bilər, bu ehtimal var: “Lakin bu halda onlar öz durumlarını bir qədər də ağırlaşdıracaqlar. Türkiyə, Azərbaycan və Rusiya bu istiqamətdə səylərini birləşdirməlidir. Sülhməramlı qüvvələr gətirilib. Gərək Ermənistan adıçəkilən rayonlardan həm də Xankəndindən öz hərbi birləşmələrini cəkəndən, yerli əhali qayıtmağa baslayandan sonra beynəlxalq kontingent, yaxud 50:50 nisbətində Rusiya və Türkiyə sülhməramlıları yerləşsin. Hazırda Azərbaycan hərbi qələbə qazanıb. Bunun diplomatik müstəvidə daha da möhkəmləndirilməsi üçün tədbirlər görülür. Ermənistan artıq məğlubdur və şərtləri qəbul edilmədi”.

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə