"27 sentyabrda vəziyyət düzgün qiymətləndirilsəydi..." Qoar Meloyan
"27 sentyabrda vəziyyət düzgün qiymətləndirilsəydi, başqa cür olmuş olardı". SİA Ermənistana məxsus armenianreport.com saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bu sözləri konstitusiya hüququ üzrə mütəxəssis Qoar Meloyan öz paylaşımında yazıb.
Məlumata görə, Q.Meloyan vurğulayıb ki, Lavrovun 27 sentyabrdan əvvəl danışıqlar masasına qoyduğu planda Ermənistan və qondarma Dağlıq Qarabağ üçün daha əlverişli şərtlər nəzərdə tutulmuşdu.
“Nəhayət, Rusiya, Ermənistan və Azərbaycan liderlərinin birgə bəyanatının erməni versiyası yayımlandı. Aydın oldu ki, sentyabrın 27-dən əvvəl təklif olunan Lavrov planı, Ermənistan və qondarma Dağlıq Qarabağ üçün müharibə nəticəsində verilən bəyanat şərtlərindən daha əlverişli idi.
Başqa sözlə, 27 sentyabrda vəziyyət düzgün qiymətləndirilsəydi, minlərlə ölü, yaralı və əlil olmazdı, həm də şərtlər daha əlverişli olardı Ermənistan üçün. Üstəlik, bunların nə vaxtsa qondarma Dağlıq Qarabağ səlahiyyətlilərinə qaytarılıb-qaytarılmayacağına dair heç bir tənzimləmə yoxdur. Eyni zamanda, bəyanatda qondarma Dağlıq Qarabağın öz müqəddəratını təyinetmə hüququ barədə heç nə deyilmir.
Nəticədə yalnız bir müharibə, minlərlə ölən, ağır yaralananlar və on minlərlə qaçqın, eyni zamanda erməni xalqı üçün ən əlverişsiz qərarı aldıq. Həm də Lavrovun planına qarşı olduq”, deyə Qoar Meloyan bildirib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB