Vladimir Olençenko: “Vacib olan məsələ tərəflərin əldə olunmuş razılığa riayət etmələridir” EADaliy İA
“Dağlıq Qarabağda hərbi əməliyyatların dayandırılması uğura doğru ciddi sıçrayışdır və Rusiya buna nail oldu”. SİA xəbər verir ki, EADaliy informasiya agentliyi Rusiya Elmlər Akademiyasının nəzdində Beynəlxalq əlaqələr və dünya iqtisadiyyatı institunun Avropa araşdırmaları mərkəzinin baş elmi mütəxəssisi Vladimir Olençenkonun Azərbaycan, Ermənistan və Rusiya dövlət başçıları arasında əldə olnumuş atəşkəs razılaşmasına münasibətini işıqlandırarkən yazıb.
“Bu çox mühümdür – müharibə dayandı, insanların öldürülməsi dayandı, məşəqqətlərə son qoyuldu”, deyən ekspert əlavə edib ki, Rusiya tərəfi də məhz buna nail olmağa çalışırdı: “Münaqişədə iştirak edən tərəflərə hərbi əməliyyatları dayandırmağa və sülh danışıqlarına səsləyirdi. Buna nail olundu və bu çox ciddi sıçrayışdır.
Olençenkonun sözlərinə görə, hər iki tərəf sülhməramlılarla bağlı eyni fikirdə olub: “İndi isə daha vacib olan məsələ tərəflərin əldə olunmuş razılığa riayət etmələridir. Düşünürəm ki, rus sülhməramlılarının iştirakı buna nail olmaq üçün ən gözəl seçimdir. Rusiyanın və Azərbaycanın prezidentləri Vladimir Putin və İlham Əliyev, eləcə də Ermənistanın baş naziri Nikol Paşinyan Dağlıq Qarabağda hərbi əməliyyatların tamamilə dayandırılması istiqamətində birgə bəyanat imzalayıblar. Rusiya o məsələdən çıxış edir ki, əldə edilmiş razılaşmalar erməni və Azərbaycan xalqının maraqlarının təminatı baxımından Dağlıq Qarabağ ətrafında lazımlı və uzun müddətli olacaq”.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB