Naira Zoqrabyan: “Vətəndaş müharibəsinə yol açmayın!” BƏYANAT

Naira Zoqrabyan: “Vətəndaş müharibəsinə yol açmayın!” BƏYANAT

“Ermənistan, Rusiya və Azərbaycan rəhbərlərinin bəyanatları müxalifətçi “Çiçəklənən Ermənistan” fraksiyası üçün sürpriz olmadı”. SİA xəbər verir ki, verelq.am saytı fraksiya üzvü Naira Zoqrabyanın jurnalistlərlə söhbətini yazıb.

Onun sözlərinə görə, xüsusilə son günlər aydın görünürdü ki, Ermənistanı və “artsaxı” fakt qarşısında qoyacaq sənəd imzalanacaq. “Parlament müxalifəti müəyyən addımlar ataraq baş nazir Nikol Paşinyanı iki dəfə parlament gücləri ilə görüşməyə dəvət etdi”, deyən Zoqrabyan onu da qeyd edib ki, Ermənistanın hakim dairələri cəbhə xəttində real situasiyanı insanlara təqdim etmirdi, hakimiyyət və onların feyk industriyası ölkə ictimaiyyətini çaşqınlığa sürükləyirdi, bu gün də sürükləməkdə davam edir. SİTAT: “Baş verənlər Artsrun Hovannisyan tərəfindən süzgəcdən keçirilmiş informasiyalar sayəsində cəmiyyətə şok yaşatdı. Mən Hovannisyanı ittiham etmirəm, o hakimiyyətin sifarişini icra edirdi, insanlarda ruh yüksəkliyi saxlamağa çalışırdı. Ancaq daimi olaraq yalan informasiya ilə qidalandırmaq ötən gecə baş verən hadisələrə gətirib-çıxardı”.

Zoqrabyan gecə vaxtı Nikol Paşinyanın canlı yayımdakı bəyanatını ucuz populizm adlandırıb. “O, “verilmiş ərazilərin” cavabdehlik daşıyacaqlarını deməklə kimi nəzərdə tutur? Bu, nə ucuzluqdur! Bəsdir!!! Əgər bu kimi ucuz populizm, demaqoqluq nə vaxtsa kömək edirdisə, indiki halda kömək olmayacaq! Öz cavabdehliyini başqalarının üzərinə atmaq lazım deyil! İnsanlarda aqressiyanı oyatmağın yeri yoxdur, vətəndaş müharibəsinə yol açmayın!”, erməni deputat tələb edib.

O bildirib ki, hakimiyyətin feykləri müxalifətə qara yaxmağa davam edəcək, hətta qəbul edilmiş söz azadlığının qismən məhdudlaşdırılması qanunu çərçivəsində məsuliyyətə cəlb edilənlər də olacaq. “Lakin daha heç kim susmayacaq, hakimiyyət Ermənistanı “Şimali Koreyaya” çevirməyə müyəssər olmayacaq, çünki Ermənistan və “artsax” qiymətini çox ağır və baha ödədi. Bu qiymətə gənc uşaqların həyatı və torpaqlar verildi”, bildirən müxalifətçi deputat əminliklə onu da bildirib ki, bütün məsuliyyət daşıyan şəxslər ölkədə yaranmış vəziyyətə görə cavabdehlik daşıyırlar. “Sizin hamınız cavab verəcəksiniz, hamınız!”, Zoqrabyan bildirib.

Müəllif: Rövşən

Bütün xəbərlər Facebook səhifəmizdə