NEWS.RU: Əliyev razılaşmanı imzaladıqdan sonra Paşinyana güldü VİDEO

NEWS.RU: Əliyev razılaşmanı imzaladıqdan sonra Paşinyana güldü VİDEO

Rusiyanın nüfuzlu informasiya agentliklərindən olan News.Ru Rusiyanın vasitəçiliyi ilə Azərbaycan və Ermənistan rəhbərləri arasında imzalanmış razılaşmadan sonra Prezident İlham Əliyevin qalib əhvalında olduğunu nümayiş etdirməsi haqda yazıb. Yazını təqdim edirik.

Qarabağdakı münaqişəyə son qoymağın şərtləri barədə bəyanat imzaladıqdan sonra Azərbaycan Prezidenti İlham Əliyev bir daha Ermənistanın Baş naziri Nikol Paşinyana Qarabağın Azərbaycanın bir hissəsi olduğunu xatırlatdı.

“Bu sənəddə dağlıq Qarabağın statusu barədə bir söz yoxdur. Paşinyan, statusun haradadır? Mən prezident olduğum müddətdə status olmayacaq. Bu, Azərbaycanın bir hissəsidir”- İlham Əliyev deyib.

Ermənistan prezidenti Armen Sarkisyan Qarabağda hərbi əməliyyatların dayandırılması və Azərbaycanla münaqişənin həlli üçün heç bir şərt müzakirə olunmadığını və müharibənin sona çatması barədə üçtərəfli bəyanatı mediadan öyrəndiyini bildirdi.

Bir gün əvvəl Rusiya və Azərbaycan liderləri Vladimir Putin, İlham Əliyev, habelə Ermənistanın Baş naziri Nikol Paşinyan Dağlıq Qarabağdakı münaqişəyə son qoymağın şərtlərinə dair birgə bəyanat qəbul etdilər. Razılaşmanın şərtlərinə görə, döyüş əməliyyatları dayanacaq, hərbi əsirlərin və ölənlərin cəsədlərinin mübadiləsi prosesi başlayacaq.

İlham Əliyevin daha sonra qeyd etdiyi kimi, Rusiya Türkiyə ilə birlikdə Qarabağda bir sülhməramlı missiya həyata keçirəcək.

Elçin Bayramlı

Video SİA.AZ-a məxsusdur.

Bütün xəbərlər Facebook səhifəmizdə