"Erməni saytları tərəfindən Xankəndinin, Kəlbəcərin, Laçının alınması xəbərləri təsdiq edildiyi üçün Paşinyan iqtidarının sonu sürətlə yaxınlaşacaq. Paşinyan Azərbaycan və Ermənistan dövlətlərinin iqtisadi resurs və güclərini götür-qoy etməli idi. Bununla bağlı yəqin ki, ona xəbər ötürən tərəflər, müşavirləri yanlış məlumat ötürüblər. Ya da ki, Paşinyanın Rusiya və ya ABŞ-ın timsalında dövlətlərdən birinin müharibəyə qoşula biləcəyi ilə bağlı ehtimalları var idi. Bu da onun siyasətinin avanturist mahiyyətini ortaya qoyur. Müharibəyə başlamaqla Paşinyan həm də Ermənistanda ona qarşı duran və Qarabağ klanı təmsilçiləri sayılan siyasətçilərlə qarşıdurmadan üzü ağ çıxmaq istəyirdi. Bir növ siyasi böhranın dərinləşməsinin qarşısını almaq istəyirdi". SİA-nın məlumatına görə, bunu açıqlamasında politoloq Elşən Manafov deyib.
Ekspertin fikrincə, Paşinyan Ermənistanı gündən-günə artmaqda olan sosial-iqtisadi problemlər məngənəsindən müharibə faktorundan əldə edə biləcəyi qələbə ilə çıxartmaq istəyirdi: "Paşinyanın gözləntiləri özünü doğrultmadı. Müharibədəki məğlubiyyət Paşinyanın sonu olacaq. Artıq parlamentdə onun istefası ilə bağlı tələblər eşidilməkdədir. Güman edirəm ki, bu dəfə əslində Rusiya tərəfi ABŞ-ı qabaqlayaraq kartplanş almağa cəhd göstərəcək. Yəni Birləşmiş Ştatların Amerikada hakimiyyətə gətirdiyi iqtidarın əslində hakimiyyətdən uzaqlaşdırılması Rusiyanın mövqeyi ilə bağlı geosiyasi maraqlarına da cavab verəcək. Bu mənada Qarabağ klanı təmsilçilərinin və ya klanla bağlı digər siyasi qurumların Ermənistanda hakimiyyətə gəlməsi Cənubi Qafqaz uğrunda geosiyasi mubarizədə Rusiyanın imkanlarının artırılması baxımından dürüst seçilmiş bir oyun kimi qiymətləndirə bilərəm. İstisna etmirəm ki,məhz buna görə Rusiya Paşinyan iqtidarına ciddi dəstək vermədi. Baxmayaraq ki, onun Ermənistanda ciddi geosiyasi maraqları vardır".
E.Manafov bildirib ki, Birləşmiş Ştatların MDB məkanında ən böyük səfirliyi məhz Erməsintandadır: "Birləşmiş Ştatların MDB məkanında ən böyük səfirliyi məhz Erməsintandadır. Burada 2500-dən yuxarı əməkdaş çalışırdı. Bu da göstərirdi ki, Birləşmiş Ştatlar məhz Paşinyan iqtidarını bu müharibəyə sövq etməklə Cənubi Qafqazda Ermənistanı Rusiyanın təsir dairəsindən çıxartmaq üçün ciddi layihələri vardır. Ancaq Azərbaycan ordusunun gücü, Azərbaycan prezidentinin apardığı islahatlar nəticəsində iqtisadi patensialının artması, ölkədə keçirilən siyasi islahatlar, xalqın Azərbaycan iqtidarına olan inamı, ölkədə vətəndaş birliyi, vəhdəti və Azərbaycan prezidentinin həyata keçirdiyi Vətən müharibəsi modelinin tam mənada qəbul etməsi və dəstək verməsi Azərbaycanın bu müharibədəki qələbəsinin təməl daşlarından oldu. Təbii ki, qardaş Türkiyənin, Pakistanın hərbi və siyasi dəstəyi də qeyd edilməlidir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB