Hər bir Azərbaycan əsgərinin üzərində dövlət bayrağı var və azərbaycanlılar Şuşada dövlət bayrağını ucalda bilərlər. SİA Ermənistana məxsus mətbuat səhifələrində yayımlanan məlumata istinadən xəbər verir ki, bu sözləri Ermənistan Müdafiə Nazirliyinin rəsmisi Arsrun Ovannisyan bugünkü açıqlamasında deyib.
Nazirliyin nümayəndəsi bir sıra ilginc məqamlara toxunub. “Azərbaycan hərbçilərinin Şuşa qalasının fonunda bayraq qaldıracaqlarını istisna etmirik”, deyə Arsrun Ovannisyan bildirib.
Əslində, belə bir fikir bildirməklə, Ovannisyan faktiki olaraq Şuşa uğrunda döyüşlərin məntiqi nəticəsinə öz auditoriyasını hazırlamağa çalışıb. Müdafiə Nazirliyinin nümayəndəsi erməniləri Azərbaycan bayrağının Şuşada dalğalanmasını əks etdirən foto yaxud video görüntülərə inanmamağa çağırıb, bunu da özünəməxsus şəkildə, çürük məntiqlə izah etməyə çalışaraq bildirib ki, guya Azərbaycan Ordusu Qarabağ ərazilərində bayraq qaldırıb, şəkil, yaxud video çəkdirib sonra da çıxıb gedir.
Göründüyü kimi, ermənilər özləri də Azərbaycan əsgərinin Şuşada bayraq qaldırandan sonra çıxıb getməyəcəyini yaxşı bilirlər və onlar əvvəlki ərazilərin işğaldan azad olunması proseslərində də gördülər ki, Ermənistan Müdafiə Nazirliyinin nümayəndəsinin dedikləri yalandır. Ovannisyan buna görə, bu inamsızlığa görə, bir daha erməniləri aldada bilməməsinə görə bərk pəjmürdə olub və hətta əhalini ona inanmamaqda ittiham edib ki, bu da təsadüfü deyil.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB