Paşinyanın rəqibləri ona dərin quyu hazırlayır

Paşinyanın rəqibləri ona dərin quyu hazırlayır

Həbsdən çıxdıqdan sonra Ermənistan hakimiyyətinə müxalifətdə olan partiya lideri Qaqik Sarukyan bir nahar təşkil edib və sərbəst buraxılma məktubunu imzalayan bütün qüvvələrin nümayəndələrini oraya dəvət edib. SİA Ermənistana məxsus hayeli.am saytında yayımlanan məlumata istinadən xəbər verir ki, Sarukyan çox ehtiyatlı davranır və öz fəaliyyətini Paşinyan hakimiyyətinin repressiyalarından çəkinərək davam etdirir.
Məlumatda qeyd olunur ki, bir çoxları müxalifət partiyası liderinin kifayət qədər təmkinli olduğuna diqqət çəkib. Hazırda, eyni zamanda erməni cəmiyyəti hesab edir ki, hakimiyyətin istefasını tələb etmək üçün Sarukyan radikal addımlar atmağa ehtiyac olmadığını düşünür və tərəfdarlarına da Paşinyan hakimiyyətinin əleyhinə xəlvəti fəaliyyət tövsiyə edir. Bir sözlə, Nikol Paşinyanın rəqibləri saman altından su yeridir və onun üçün dərin quyu hazırlanır.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə