Terror hadisəsində iki türk vətəndaşı qəhrəmanlıq göstərib
Ermənistanın baş naziri Nikol Paşinyanın Avstriyanın paytaxtı Vyanda baş vermiş terror aktından sonra bu ölkənin rəhbərliyinə və avstriyalılara tvitter vasitəsi ilə göndərdiyi başsağlığı hiddətə səbəb olub. Belə ki, onun bu məsələdə aşkar erməni həyasızlığına, yaxud “məzlumkeşliyinə” yol verməklə siyasi təbliğat aparması, daha dəqiq desək, guya erməni xalqının Azərbaycan və Türkiyənin “terroruna” qarşı mübarizə apardığını iddia etməsi istər diplomatiya, istərsə də digər aspektlərdən yolverilməzdir. Xüsusilə, başqa bir ölkənin kədərli bir vaxtında, digər ölkələrə qarşı anti-təbliğat aparmaq cəhdi ümumiyyətlə, insanlığa yaraşmayan bir davranışdır.
Nikolaus Kern gözlənilmədən cavab verib
SİA xəbər verir ki, Paşinyanın sözügedən hərəkətinə Avstriyanın sabiq kanslerinin oğlu Nikolaus Kern gözlənilmədən cavab verib. O, erməni baş nazirinin ifadələrini sərt şəkildə tənqid edib və əsasən, iki Türkiyə vətəndaşının terror aktı zamanı, sözün əsl mənasında, qəhrəmanlıq nümayiş etdirməsini xatırladıb, yaralanmalarına baxmayaraq, digər yaralı polisə və daha bir qadını atəş xəttindən çıxardıqlarını bildirib. Nikolaus Kern həmçinin bildirib ki, Türkiyə dövləti Avstriya hökumətinə və xalqına dərhal başsağlığı ünvanlayıb, hər cür dəstək göstərməsi barədə təkliflər irəli sürdüyünü bildirib.
Qeyd edək ki, Azərbaycan Prezidenti cənab İlham Əliyev də başsağlığı məktubu ünvanlayaraq, avstriyalılarla həmrəy olduğunu vurğulayıb.
Erməni “məzlumkeşliyi” keçmədi
Beləliklə, Ermənistanın baş naziri yaxşı olardı ki, növbəti “məzlumkeşlik” tipli hay-şivən qaldırmaqdansa, ölkəsinin Azərbaycana və Türk dünyasına qarşı uzun illərdir ki, terror siyasəti həyata keçirdiyini nəzərə alardı və bu gün də Qarabağ cəbhəsində silahlı qüvvələrinin tərkibində müxtəlif terrorçu, ultramillətçi silahlıların döyüşdüklərini xatırlayardı. Lakin bu, ona sərf etmir və bununla yanaşı, cəhdləri də puça çıxır. Hər halda avstriyalı ictimai-siyasi xadimin Paşinyanı susdurması da buna dəlalət edir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB