Rusiya başqa dövlətin yox, öz maraqlarını rəhbər tutur - MÜSAHİBƏ

Rusiya başqa dövlətin yox, öz maraqlarını rəhbər tutur - MÜSAHİBƏ

Rusiya hərbi eksperti: “Paşinyan davamlı Putinə zəng etmək əvəzinə, Sorosa zəng edib ondan kömək istəsin. Görək Soros ona nə deyir”

Son dövrlərdə Rusiya dünyada möqelərini gücləndirir, amma postsovet məkanını itirir, çünki təmənnasız yardım göstərməyə öyrəşib, halbuki, öz maraqlarını rəhbər tutmalıdır. Bu yaxınlarda Ermənistan rus məktəblərini bağladı, Rusiya kanallarını qadağan etdi və rusların ölkədən çıxmağı tələb edirdisə, indi niyə Rusiyanı yardım göstərməməkdə günahlandırır?

Sorosun yaxşı heç nə verməyəcəyi Paşinyana indi çatdı?

Rusiya Müdafiə Nazirliyi yanında İctimai Şuranın rəhbəri, Milli Müdafiə jurnalının baş redaktoru İqor Korotçenko bütün bunları və başqa bir çox başqa məsələləri “Pravda.Ru”-nun baş redaktoru İnna Novikovaya müsahibəsində şərh edib. Müsahibəni olduğu kimi oxucularımıza təqdim edirik.

- İqor, praktik olaraq bütün postsovet məkanında vəziyyətin bu və ya digər şəkildə pozulması halları artdı. Bu, təəssüf ki, eyni texnologiyaları tezliklə Rusiyada tətbiq etmək üçün bir müqəddimədir…

- Bəli, bu belədir və biz postsovet məkanını itiririk. Bu məkanda təsiri gücünü və hadisələrin idarəçiliyini itiririk. Ukraynanı praktik olaraq itirmişik, indi eyni mənfi proseslər Moldovada da gedir. Gürcüstanı çoxdan itirmişik.

Ermənistanda 2018-ci ilin dövlət çevrilişi də eyni nəticəyə gətirib çıxardı. Ermənistan sadəcə bir geopolitik məngənəyə sıxışdırılıb, ona görə bu gün özünü yanımızda kimi göstərməyə çalışır, amma hər an hərbi bazalarımızla birlikdə Rusiya ilə vidalaşa bilər.

- Davamlı anti-Rusiya aksiyaları var.

- Bu, çox təhlükəli bir meyldir. Təsirli bir cavab verməsək, təəssüf ki, nəticələr bizim üçün çox mənfi olacaq. Hər hansı bir hadisəni təhlil edərkən və praktik siyasi qərarlar qəbul edərkən ölkəmizin, Rusiya Federasiyasının maraqlarını rəhbər tutmalıyıq. Digər dövlətlərin, hətta qardaş adlanan dövlətlərin maraqları Rusiyanın maraqları ilə müqayisədə 2-ci dərəcədir. Ağlabatan praqmatizm və hətta eqoizm olmalıdır. Hər şeydən əvvəl xalqımızın və ölkəmizin maraqlarını ön plana çıxarmalıyıq.

Kimin necə davrandığını, kimin bizə yaxşı və pis etdiyini nəzərə alaraq, hər şeyə baxmalıyıq. Və bundan asılı olaraq müvafiq siyasi qərarlar verilməlidir. Buna baxmayaraq, bu məsələləri ayırd etməliyik.

Ümumdünya qardaşlıq və bərabərlik ideyaları, digər yaxşı Sovet şüarları bir vaxtlar uyğun şəraitdə işləyirdi, amma mövcud vəziyyətdə ölkəmizə münasibətdə digər ölkələrin tərəfində “insan insanın canavarıdır” prinsipinin fəaliyyət göstərdiyini görürük.

Bu qəzəbli dişqıcamalar fonunda kimsə Rusiyaya qarşı ağzını çox geniş açarsa, dişlərimizi vurmağa hazır olmalıyıq. Vladimir İliç Leninin dili ilə desək, faydalı axmaq ola bilməzsiniz və başqaları üçün şabalıdı oddan götürməyimizi istəyən birinin yolunu tuta bilməzsiniz. Bu, qətiyyən olmayacaq.

Beynəlxalq öhdəliklərimizi başqa bir sahədə yerinə yetirməyəcəyik, heç kimə borcumuz yoxdur. Yalnız Rusiyanı müdafiə edəcəyik.

- Söz verməyin.

- Bütün digər qərarları maraqlarımıza əsaslanaraq verəcəyik. Beləliklə, Suriya kampaniyasına getməli olduq, getdik. Dünya terrorizm yuvasını dağıtdıq, kimlərinsə bu terror qruplarını buraya, Şimali Qafqazda- Rusiyanın cənubuna ixrac etməsinə fürsət vermədik.

İki 1-ci dərəcəli baza aldıq- Tartus dəniz bazası və Xmeymim hava hava qüvvələri bazası. Onları 50 illiyə pulsuz əldə etdik. Bunlar həqiqi meyvələrdir.

- Necə pulsuz? Axı, Suriya əməliyyatına çox şey sərf etdik.

- Xərclədiyimiz aydındır, amma demək istədiyim budur ki, indi bu bazalar üçün heç bir şey ödəmirik, onlar bizə uzunmüddətli pulsuz icarəyə verilib. Və bu həqiqətdir.

Rusiyanın bəzi xarici mənbələrdən, oraya qoşun gətirməsi ilə hər hansı bir xarici addım atması maddi bəhrəsini verməlidir. Bunun üçün təhlükəsizliyimiz, iqtisadiyyatımız üçün xüsusi bonuslar almalıyıq.

Yoxsa ki, gedib kiminsə uğrunda vuruşaq və o da sonra bizə "əlvida, Rusiya" desin, bağışlayın, biz belə səhvlərə yol verməyəcəyik. Eyni dırmıq üzərinə 2 dəfə basmayacağıq.

- Bəli, Qarabağdakı müharibə ilə bağlı şərhlərin sunamisi davam edir, baxmayaraq ki, bundan başqa bütün digər mövzuları müzakirə etdik.

- Paşinyan ilk dəfə hakimiyyətə gələndə dərhal dedim ki, bu bizim adam deyil. Bu gün hamı belə deyir, hətta Amerikanı dəstəkləyənlər də, hamı Paşinyanı danlayır. Ermənistan seçim etməlidir.

Davamlı Putinə zəng etmək əvəzinə, Paşinyan Sorosa zəng edib ondan kömək istəsin. Görək Soros ona nə deyir.

Bəlkə də amansızcasına danışıram və sözlərim erməni izləyicilərimizi incidəcək, amma dostlarım, əgər siz dost bir ölkəsinizsə, Rusiya sizin müttəfiqinizdirsə, rus kanallarını sərbəst giriş zonasından bağlamamalısınız. Rus məktəbləri haradadır, rus dilində geniş yayılmış təhsil haradadır?

Azərbaycanda çox sayda rus məktəbi var, böyük bir rusdilli kütlə var. Təəssüf ki, Ermənistanda vəziyyət tamamilə fərqlidir. Bu hadisələrdən bir qədər əvvəl Rusiyanı orada işğalçı adlandırdılar və oradan çıxmağı tələb etdilər.

Bu səbəbdən geosiyasi prioritetlərinizə qərar verirsiniz: ya Rusiyanın, ya da Sorosun yanındasınız. Əsgərlər köməyinizə göndərilmirsə, inciməyin, çünki Amerika QHT-lərindən keçən insanlara güvənmisiniz.

Yeri gəlmişkən, indi heç olmasa Paşinyana nəsə çatdı. Ermənistan Milli Təhlükəsizlik Xidmətinə, Soros təlim məktəbi “Kyaramyan”dan keçən 29 yaşlı bir gənc rəhbərlik edirdi. Paşinyan bu yaxınlarda onu kənarlaşdırdı.

- Yəni, onun (Paşinyanın- E.B.) getmək üçün heç bir yeri yoxdur?

- Görünür ki, bəli. Qızardılmış xoruz bir yerdə çırpıldı.

- Məhz xoruz...

- Nikol Paşinyan Kremlə 5-ci dəfə zəng edəndə Vladimir Putin dedi: -Niyə buraya zəng edirsən? Sizdə əsas vəzifələrdə kimlərin olduğuna yaxşı bax. Üstəlik, Putin özü- komitədən, kəşfiyyatdan gəlib- FSB-yə rəhbərlik edirdi. Düşünürəm ki, Nikol Paşinyan bundan sonra kadr dəyişikliyi etdi. Ancaq bunlar mənim fərziyyələrimdir, bunun belə olub olmadığını dəqiq bilmirəm. Ancaq nəticə göz qabağındadır.

Əlbəttə, özümə bunu təsəvvür etməyə icazə verdim. Bilmirəm bu olub ya yox, amma Paşinyanın bu addımlarını alqışlayıram. Sorosları təmizləməyə davam etsinlər, çox kritik yerlərdə onlardan çoxları var.

- Bizdə bir çox belələri var idi və hələ də qalırlar.

- Bəli, ancaq səlahiyyətlilərimiz onları təmizlədi. Bir yerdə qalmışlarsa, iqtisadi sektordadır.

Tərcümə etdi: Elçin Bayramlı

Bütün xəbərlər Facebook səhifəmizdə