"Ermənistan tez bir zamanda torpaqlarımızdan çıxmalıdır" ÖZƏL-MÜNASİBƏT

"Ermənistanın son günlər törətdiyi hərbi cinayətlər – Gənəcənin, Bərdənin, Goranboyun və digər rayonların davamlı raket atəşinə tutulması, dağıdılması, uşaqların qətlə yetirilməsi, bu ölkənin siyasi rəhbərliyinin ard-arda səhv qərarlar və ziddiyətli bəyanatlar verməsi ölkədə ciddi xaosun hökm sürməsindən xəbər verir". Bunu SİA-ya millət vəkili Ceyhun Məmmədov deyib.

Deputatın sözlərinə görə, onlar gah raketlərin məqsədli şəkildə atıldığını gah, da səhvən atıldığə barədə bəyanatlar verirlər: "Mülki əhalini atəşə tutmaq Cenevrə konvensiyasına görə hərbi cinayət sayılır. Ermənistan bu cinayət əməllərinə görə mütləq cavab verməli olacaq. Qeyd etmək lazımdır ki, bir neçə dəfə atəşkəs barədə razılığa gəlinməsinə baxmayaraq hər dəfə Ermənistan hakimiyyəti bu razılaşmanı pozdu, Azərbaycanın rayon və çəhərlərini raket atəşinə tutdu. Bu da bu ölkənin xaos və təşviş içində olduğunu, üzərinə götürdüyü öhdəlikləri yerinə yetirə bilmədiyini, yalançı olduğunu göstərir.

Bu gün Ermənistana kimin rəhbərlik etdiyini, qərarların kimin tərəfindən qəbul edildiyini söyləmək çətindir. Son baş verənlər Ermənistanın cəbhədə baş verən hadisələri idarə etmək iqtidarında olmadığını göstərir. Ordunun kimin tərəfindən idarə olunduğu da bilinmir. Ermənistan bu gün də cinayət əməllərinə davam edir. Ermənistanı cinayət əməllərindən çəkindirmək üçün bu ölkəyə gecikmədən ciddi sankiyalar tətbiq edilməlidir. Dünya ölkələri bu cinayətlərə görə susmamalı, haqq səslərini qaldırmalı, ikili standartlardan uzaq olmalıdırlar. Hamı bilməlidir Azərbaycan işğalla heç zaman barışmayacaq, torpaqları işğaldan azad etmək üçün haqq savaşını davam etdirəcək. Ermənistan tez bir zamanda Azərbaycan torpaqlarından çıxmalıdır. Əks halda daha çox itkilərlə üzləşəcək".

Müəllif: Ceyhun Rasimoğlu

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...