Almaniyalı jurnalistlər Şuşan Stepanyanın Bərdə yalanını ifşa etdi FOTOLAR

Oktyabrın 28-də terrorçu Ermənistanın Bərdəyə endirdiyi raket zərbəsindən dərhal sonra düşmən ölkənin müdafiə nazirinin sözçücü Şuşan Stepanyan dərhal özünün Tvitter hesabında törədilən qətliamın "cəfəng" və "yalan informasiya" olduğunu iddia etdi, bu vasitə ilə qanlı əməli gizlətməyə cəhd göstərdi.

Lakin yalan və şərhləri ilə ikrah hissi yaradan Şuşanyanın bu yalanı anındaca Almaniyadan olan jurnalistlər tərəfindən ifşa olundu. SİA xəbər verir ki, almanların nüfuzlu "Züddoyçe Saytunq" (Süddeutsche Zeitung) nəşri həmin yalanı ifşa edərək, erməni tərəfini sərt şəkildə qınayıb. Belə ki, adıçəkilən nəşrin yazdığına görə, raket zərbələrinin endirildiyi an alman jurnalistlər və reportyorlar qrupu Bərdədə olublar, baş verən hadisələri öz gözləri ilə müşahidə ediblər.

"Ermənistan müdafiə nazirliyi hücumu qəti şəkildə təkzib etdi. Nazirliyin sözçüsü bu barədə deyilənlərin cəfəng olduğunu yazdı. Lakin müxbirlərimiz Bərdənin mərkəzində qurbanların cəsədlərini və çoxsaylı raket qalıqlarını gözləri ilə gördülər", deyə qeyd edən almaniyalı jurnalistlər həmin anda yalnız Bərdənin deyil, həmçinin qonşu Tərtərin də bu kimi zərbələrə məruz qaldığını yazıblar.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə