"Tərtərə gedirik, atırlarsa atsınlar" Hikmət Hacıyevdən AÇIQLAMA

"Bərdədən sonra Tərtərə gedirik, atırlarsa atsınlar". SİA-nın məlumatına görə, bunu Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev deyib.

H.Hacıyev bildirib ki, torpaqlarımız işğaldan azad ediləcək: "Gördüyünüz kimi Ali Baş Komandanın əmrinə əsasən biz də buradayıq, xalqımızla bir yerdəyik. Bərdə şəhərinin əzmini görürsünüz. Digər şəhərlərdə olduğu kimi, Gəncə şəhərində də, Tərtər şəhərində də, Mingəçevir şəhərində də baş verən hadisələr əksinə xalqımızın mübarizə əzmini daha da möhkəmləndirir. Əgər onlar düşünürlər ki, bununla Azərbaycan xalqının əzmini sındıra bilərlər, yanılırlar. Və biz bundan sonra Tərtərə də gedəcəyik, atırlar atsınlar. Bununla onlar heç nəyə nail ola bilməyəcəklər. Amma torpaqlarımız işğaldan azad olunacaq. Bir söz də deyərdim, əgər kişidirlərsə, döyüş meydanında ortaya çıxsınlar. Düşmən döyüş meydanından alçaqcasına, şərəfsizcəsinə qaçır. Gücləri ancaq raket atmaqla qadın və uşaqlara çatır. Onların da cavabını Azərbaycan Silahlı Qüvvələri döyüş meydanında layiqincə verir. Ali Baş Komandanımız demişkən, onları iti qovan kimi qovuruq və bundan sonra da qovacağıq".

Prezidentin köməkçisi qeyd edib ki, Azərbaycan xalqı Prezident İlham Əliyevin ətrafında bir yumruq kimi birləşib: “Biz torpaqlarımızı işğaldan azad edəcəyik. Qardaş Türkiyənin dəstəyi Azərbaycanın haqq işini gücləndirir. Hazırda eşitdiyiniz kimi, düşmən yenə artilleriyadan atəş açır, amma biz qorxmuruq və qorxmayacağıq”.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...