Təlxək baş nazirin qana susayan “cəngavər” Annası - ŞƏRH ÖZƏL

"İşğalçı və terrorist ölkənin təlxək baş nazirinin özü kimi də təlxək həyat yoldaşı Anna Akopyan qadınlardan ibarət döyüş dəstəsi yaradır və təlimlərə başlayır. Bu isə Ermənistan ordusunda vəziyyətin nə dərəcədə acınacaqlı olması ilə yanaşı digər mətləblərdən də xəbər verir. Birincisi, ölkədəki vəziyyət o dərəcədə ağır, ordu da bir o qədər nəfəssiz və oksigensiz qalıb ki, Paşinyan arvadını bir neçə qadınla döyüş bölgəsinə göndərməyə məcbur olur. Aydın mənzərədir ki, erməni ordusu döyüşmək üçün nəinki kadr potensialından, bütövlükdə kişi baxımından əziyyət çəkir. Belə ki, ölkədə kişi yoxdur ki, qabağa dursun və səngərdə sinəsini sipət etsin. Axı həm də "Mənim olmayan torpaq üçün niyə də sinəmi sipər edim, həyatımı qurban verim?" sualını da rasional düşüncəli insan özü üçün sual edir. Müqayisəli şəkildə desək bu gün Azərbaycan əsgəri bilir ki, o konkret olaraq öz dədə-baba torpağı uğrunda döyüşür. Erməni əsgərində isə mücərrəd bir düşüncə var. O niyə və nəyin uğrunda döyüşdüyündən xəbərsizdir. Çünki bilir ki, vuruşduğu döyüş Paşinyanın, onun ailəsinin, hakimiyyətinin, havadarlarının öz şəxsi maraqlarına və ambisiyalarına xidmət edən, onun həyatını mənasız yerə ondan alan bir döyüşdür. Bu döyüş ona məxsus olmayan tarixi Azərbaycan torpağıdır! Elə buna görə də bu gün Ermənistan ordusunda əmrə tabe olmama, fərarilik halları durmadan artır". Bunu SİA-ya açıqlamasında politoloq Şəbnəm Həsənova deyib.

Ekspertin sözlərinə görə, aydın məsələdir ki, heç müaqayisəyə belə gəlməz: "Amma qeyd olunmalıdır ki, bu gün Azərbaycan qadının ən mükəmməl nümunəsi, siması və sanki Azərbaycan qadını kitabının üz qabığı olan Azərbaycanın Birinci xanımı - Mehriban Əliyeva hər bir Azərbaycan oğlunu, əsgərini öz balası sayır, xalqa hər müraciətində hər bir Azərbaycan əsgərinin həyatı və sağlamlığı üçün dua etdiyini, şəhid analarının acısını bir ana kimi bölüşdüyünü deyir və dünyaya sülh çağırışları edib, sülh toxumları səpirsə bu təlxək Akopyan isə belə yaramaz, şou xətrinə olan işlərlə məşğul olur. Tarix boyu, qadınlar sülh elçisi olmuşlar, qan tökülməsinin qarşısının alınması məqsədilə dünyaya sülhsevər mesajlar, çağırışlar etmişlər. Akopyan isə qadınları qan tökülməsinin və müharibəyə sipər çəkməyə səsləməsinin əvəzinə daha da aqressiv ab-hava gətirir öz cəmiyyətinə və bütövlükdə bəşəriyyətə. Əgər illər sonra tarix kitablarında qadın məğrurluğundan danışılacaqsa Akopyan tarixin tozlu səhifələri arasında itib-batacaq... Döyüşlərdə ölmüş erməni əsgər analarında bu kimi hərəkətlərin nə qədər qıcıq, ikrah və nifrət doğurduğu da aydın məsələdir. Bundan əvvəl də Akopyan təlimlərə qatılmışdı. Ancaq Tovuz döyüşlərinə Azərbaycan qadınlarını sülhə səsləyən bu "qadın" bu gün əlinə silah alıb "vətən müdafiəsi"nə qalxıb. "Qadınlar sülh uğrunda" təşkilatının müəllifi Akopyanı sülhdən uzaq düşməyə vadar edən səbəb isə heç şübhəsiz ki, hal-hazırda Erməni ordusunun əziyyət çəkdiyi acınacaqlı durumdur. Bu dövlətin nəinki hərbi-siyasi rəhbərliyi, eyni zamanda qadın ləyaqəti də cinayətkarlıqdan əziyyət çəkir. Bu məxluq əslində, qadın sözünə böyük bir ləkədir. Bu kimi hərəkətlər, əslində Paşinyanın ailəsinin və ailə dəyərlərinə yanaşmasının mahiyyətini də bütün çılpaqlığı ilə ortaya qoyur. Həm də axı, bu ailənin psixoloji vəziyyəti də normal deyil. Bir müddət əvvəl sosial şəbəkədə "Boş xəyallarımız və ümidlərimiz puç oldu" deyə status yazan Paşinyanın qızının bu hərəkəti də ölkə ictimaiyyətində kifayət qədər narazılıq, eyni zamanda ümidsizlik toxumları səpmişdi ki, birinci ailəyə münasibətin son dərəcə arzuolunmaz olduğunu daha qabarıq şəkildə gözlər önünə sərmişdi. Bu açıqlama həm də onun atası Paşinyanın qorxu və xof içində olduğundan da xəbər verirdi".

Politoloq qeyd edib ki, "Balıq başdan iy verər" deyimi burada tam yerinə düşür: "Ölkənin birinci ailəsi cəmiyyətdə qızının simasında belə pessimist, həyat yoldaşının simasında isə belə ikrah doğuran bir imic formalaşdırıbsa, ölkədə hansı döyüş ruhu, motivasiyası olsun? Əlbəttə ki, heç bir! Adı siqaret qaçaqmalçılığında, digər qeyri-qanuni əməllərdə hallanan, qardaşı haqqında yayılan xəbərlərdən utanmayan Akopyan belə hallarla özünü göstərir. Siyasi elita milli maraqları kənara qoyaraq, artıq məhv olduqlarını da anlayaraq bu kimi şou xarakterli əməllərə əl atır. Sülhə, qan tökülməsinə zərbə vuran bu hərəkətlər isə hər kəsdə hiddət doğurur. Bu baxımdan da artıq erməni cəmiyyəti də ümidsizlik içindədir. Orduda da kütləvi şəkildə ölümlər var. Paşinyan isə medianı nə qədər məhdudlaşdırsa da erməni cəmiyyəti sosial şəbəkələr vasitəsilə real durumdan xəbərdardırlar. Odur ki, Erməni cəmiyyəti nə qədər gec deyil anlamalıdır ki, təlxək Paşinyanın və onun ailəsinin məntiqsiz addımları nəticəsində uçuruma getməmək üçün təslim olmalıdırlar".

Ş.Həsənova vurğulayıb ki, Azərbaycan Prezidenti bu gün humanist çıxışlarında erməni xalqına, analarına səslənir ki, "təslim olun, sizin olmayan torpaq uğrunda döyüşmək üçün övladlarınızı qurban etməyin, boş yerə qan tökülməsin." "Buna baxmayaraq, Paşinyanın hakimiyyətinin və ailəsinin nə qədər şovinist və şəxsi ambisiyaları gözlərindən qan pərdəsi asıb ki, bu kimi oyunlara əl atırlar. Son ümidlərini neo-faşist ideologiyasına, terroristlərə bağlayan ölkədən başqa bir şey gözləmək də düzgün olmazdı. Erməni hakimiyyəti, birinci ailəsi qana susayıb. Gülməli olsa da Anna bildirib ki, təlimlər bir neçə gün sonra bitəcək və qadınlardan ibarət dəstə sərhədləri qorumaq üçün yola çıxacaq. Bu "yazıq" qadın başa düşmür ki, onlar ha eləyib təlimi qurtarana kimi Azərbaycanın mərd oğlu Ali Baş Komandanımız başda olmaqla bütün mərd əsgərlərimiz üçrəngli, şanlı Azərbaycan bayrağını Şuşaya sancacaq!".

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə