İran Ermənistanı vuracaq? İDDİA

"Ermənistan silahlı qüvvələri İran-Azərbaycan sərhədinə yaxınlaşarsa, Tehran Ermənistanı vuracaq". SİA xəbər verir ki, bu barədə "Vestnik Kavkaza" saytı İran İslam Respublikasının nüfuzlu rəsmi mənbələrinə istinad edərək yazır.

Belə ki, bir neçə gün əvvəl Azərbaycanın öz nəzarətinə geri qaytardığı İran-Azərbaycan dövlət sərhədinə məxsus işğal altındakı ərazilər bir neçə dəfə düşmən tərəfindən atəşə məruz qalıb. Məhz bundan sonra rəsmi Tehranın hərbi-siyasi dairələri bəyan ediblər ki, bu hal təkrarlanarsa, İran erməni hərbçilərinə atəş açmaq məcburiyyətində qalacaq.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...