Arutyunyanın Putinə müraciəti daxili auditoriyada soyuq duş effekti verdi “Hraparak” qəzeti yazır

Arayik Arutyunyanın Rusiya prezidenti Vladimir Putinə münaqişə ərazilərində atəşkəsin dayandırılmasına yardım etməsi barədə yalvarış dolu müraciəti, Ermənistan cəmiyyətini "hərbi-vətənpərvərlik nağılları" ilə bəsləyən dairələr başda olmaqla, ümumilikdə bütün daxili auditoruya üçün soyuq duş effektinə çevrildi. SİA Ermənistana məxsus aysor.am saytında yayımlanan məlumata istinadən xəbər verir ki, bu barədə işğalçı ölkəyə məxsus “Hraparak” qəzeti yazır.

Qəzet yazır ki, dünən cəmiyyət qondarma Dağlıq Qarabağ Respublikasının Prezidenti Arayik Arutyunyanın Rusiya Federasiyasının Prezidenti Vladimir Putinə etdiyi müraciəti fəal şəkildə müzakirə edilib. Qeyd olunur ki, bu müraciət ümumiyyətlə cəmiyyətdə bir müzakirə mövzusu olub. Nəşrin yazdığına görə, bu müraciət cəmiyyətə “hərbi-vətənpərvərlik nağılları” ilə bəsləyən dairələrə ağır zərbə olub və həqiqəti etiraf etməyin, reallıqlara dönməyin vaxtının gəldiyini hər kəsə aydınlaşdırıb.
Xatırladaq ki, qondarma Dağlıq Qarabağ Respublikasının qondarma prezidenti Rusiya Federasiyasının Prezidenti Vladimir Putindən "münaqişəsi zonasında hərbi əməliyyatların dayandırılması və siyasi proseslərin davam etdirilməsi üçün əlindən gələni etməsini" istəmiş və hətta bütün imkanlarından istifadə etməsi üçün yalvarmışdı.
“Bu, Arutyunyanın Nikol Paşinyana danışıqlar prosesinə qayıtmaq üçün tədbir görməsini xahiş edən, eyni məzmunda bir məktub göndərdiyini də təsdiqləyib. Məhz qondarma rejimin qondarma prezidentinin mətbuat katibi Vahram Poqosyanın da bu baxımdan daxili auditoriyaya "məsələnin cəbhədə həll olunduğuna" inandıqmaq cəhdlərinin puç olduğunu aydınlaşdırır”, deyə qəzet yazır.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə