Türkiyəli həmkarlarımıza minnətdarlıq edirik REALLIQ + FOTOLAR

İşğalçı Ermənistanın Azərbayacana qarşı yürütdüyü dövlət terroruna qarşı həbri həməliyyatlarımız başlayan andan qardaş Türkiyə dövlətinin birtərəfli qaydada ölkəmizə, xalqımıza rəsmi dəstək göstərməsi hər bir azərbaycanlının qəlbində böyük ruh yüksəkliyi yaratdı. Qardaş ölkənin hərbi, siyasi, parlament dairələrinin, onların rəhbərliklərinin, eləcə də sadə vətəndaşlarının istər sosial şəbəkələr vasitəsi ilə, istərsə də digər imkanlar yolu ilə davamlı dəstək göstərmələri özünü media sahəsində də sübuta yetirdi. Belə ki, Türkiyənin aparıcı TV-ləri, nəhəng media qurumları Azərbaycanın məngur, yağı və xain düşmənə qarşı apardığı mübarizəsini işıqlandırmaqla dünya ictimaiyyətinin diqqətinə çatdırmaqdadır. Qarabağ cəbhəsi ilə birgə, təcavüzkar Ermənistanın terrorçuluq mahiyyətlərini gerçəkləşdirdiyi və dinc şəhərlərimizi, mülki vətəndaşlarımızı, uşaq və qadınlarımızı raket atəşlərinə məruz qoyması faktlarını da dərhal, operativliklə beynəlxalq aləmə təqdim edən türk jurnalistləri bununla ölkəmizin haqq səsinə qarşı anti-təbliğat siyasəti aparan ermənipərəst media quurumlarının da sözün əsl mənasında ağızlarını yummağa müvəffəq olurlar.

Hansı hava şəraitindən, necə ağır mühitdən və vəziyyətdən asılı olmayaraq, gecə və gündüz xalqımızın yanında olan Türkiyəli həmkarlarımıza həqiqətən də böyük və sonsuz minnətdarlıqlar düşür!

Biz, elə də uzağa getməyərək onlarla qürurdoğurucu faktlardan təkcə bir faktı göstərə bilərik. Belə ki, "Haber Qlobal"ın reportyoru Osman Girgin və operatoru Gökhan Köşetaş Ermənistanın Gəncə şəhərinə raket atdığı gecə terror aktı törədilən yerə ilk gedən, bu vəhşiliyi dünyaya canlı yayımla bütün gecə boyu çatdıranlardanlardırlar. Həmin gecə Türkiyəli jurnalist bərk xəstələnir və səhərə yaxın halı daha da pisləşir. Ancaq o çəkilişlərini yarımçıq qoymur. Kanalın digər əməkdaşı Ela Sezen Gəncəyə gələnə qədər iş başında olur. Məhz bundan sonra o xəstəxanaya aparılır və məlum olur ki, Osmanda koronavirus yoluxması var. COVİD-19 testi pozitiv çıxan Osman Girgin daha sonra Bakıya, xəstəxanaların birinə çatdırılır. Artıq vəziyyətinin yaxşılığa doğru getdiyi bildirilən türk qardaşımız sağlığına tam qovuşduqdan sonra iş başına geri dönəcəyini bildirir.

Bu təkcə bir fakt idi və biz Türkiyədən olan həmkarlarımız barədə çox qürurlandırıcı hadisələrdən bəhs edə bilərik. Lakin son olaraq, onlara "Biz, Azərbaycan jurnalistləri sizlərə - Türkiyə jurnalistlərinə minnətdarıq!" deyirik.

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...