Düşməndən geriyə dönən FOTO

Gördüyünüz bu foto Almaniya fotoqrafı Matthias Schuman tərəfindən 2007-ci ilin sentyabrında Xocavənd rayonunun Vəng kəndində çəkilmişdi. SİA xəbər verir ki, ictimai tualetin divarına yapışdırılan avtomobil dövlət nişanları, yəni nömrələri erməni terrorçuları tərəfindən öldürülən, eyni zamanda, öz doğma yurd-yuvalarından məcburi köçkün düşən, qovulan azərbaycanlılara məxsusdur.

Lakin tarixin arxivində qalan bu foto indi - Qarabağda torpaqlarımızın işğaldan azad edildiyi bir ərəfədə geriyə dönüb və artıq Ali Baş Komandan cənab İlham Əliyev Xocavənd rayonunun Vəng kəndinin işğaldan azad olunduğunu bəyan edib. Artıq bu kəndin adı da Vəng deyil, cənab Prezidentin yerindəcə verdiyi göstərişinə əsasən, Çinarlı kəndidir!

Rövşən RƏSULOV

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...