"Eks-prezidentlər" Paşinyan üstünə yardıma getdilər Ermənistan mətbuatı yazır

Dağlıq Qarabağdakı qondarma qurumun qondarma prezidentləri münaqişə zonasındakı vəziyyəti Paşinyanla müzakirə etmək üçün onun yanına gediblər. SİA xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb və bildirilib ki, "168 Jam" qəzeti bu barədə mənbələrinə istinadən informasiya dərc edib.

Erməni qəzeti Bako Saakyan və Arkadi Qukasyanın təcili olaraq Ermənistanın baş naziri ilə görüşmək üçün İrəvana getdiyini yazır. Qəzet yazır ki, qondarma Dağlıq Qarabağın keçmiş prezidentləri Arkadi Qukasyan və Bako Saakyan çərşənbə axşamı Ermənistan hökumətinə baş çəkiblər və burada baş nazir Nikol Paşinyanla müharibə bölgəsindəki vəziyyəti müzakirə ediblər.

Qəzetin yazdığına görə, baş nazirin bir gün əvvəl bir sıra partiyaların nümayəndələri ilə görüşündə informasiya verməsi barədə məlumatdan təşvişə düşən Qukasyan və Sahakyan təcili olaraq Qarabağdan İrəvana gediblər. Bu informasiyanın nə olduğunu heç kim izah etmir.

Bu arada Paşinyanın mətbuat katibi Mane Gevorqyan qəzetə verdiyi açıqlamada iki keçmiş "lider"in gəlişi ilə bağlı məlumatlarının olmadığını bildirib.

Daha sonra nəşr, Qukasyan və Sahakyanın maşınlarının hökumət binasının həyətindən çıxdığını təsdiq edən bir video yayımlayıb.

Müəllif: İnam Hacıyev

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...