İran Gəncə terrorunu kəskin pislədi - SƏFİRLİK

İran İslam Respublikasının Bakıdakı səfirliyi dünən gecə saatlarında Gəncə şəhərində bir neçə mülki şəxsin öldüyü və yaralandığı raket hücumunu kəskin şəkildə pisləyir. SİA xəbər verir ki, həlak olanların ailələrinə baş sağlığı və yaralananlara şəfa diləyir və bir daha günahsız insanlara, şəhərlərə hücumun beynəlxalq normalara və hüquqa zidd olduğunu vurğulayır.

Bu kimi əməllər hərbi cinayət sayılır və dərhal dayandırılmalıdır.

Müəllif: Aysel Məmmədova

Bütün xəbərlər Facebook səhifəmizdə