Erməni təxribatı nəticəsində ümumən ölənlərin sayı 60-a çatdı - Prokurorluq

Baş Prokurorluq sentyabrın 27-dən bu günə qədər Ermənistan silahlı qüvvələrinin dinc sakinlərimizə qarşı törətdiyi təxribatlar nəticəsində ölən və yaralananların siyahısını açıqlayıb. Baş Prokurorluqdan SİA-ya verilən məlumatda bildirilir ki, bu günə qədər ermənilərin Azərbaycanın yaşayış məntəqələrini atəşə tutması nəticəsində 60 dinc sakin ölüb.

Hadisələr nəticəsində 270 nəfər xəsarət alıb, 1704 ev, 90 çoxmənzilli yaşayış binası, 327 mülki obyekt isə yararsız vəziyyətə düşüb.

Bütün xəbərlər Facebook səhifəmizdə