Gəncədə dağıntılar altından digər bir sakinin də cəsədi çıxarılıb
Ermənistan silahlı qüvvələrinin oktyabrın 11-də gecə saatlarında Gəncənin mərkəzi hissəsində yerləşən çoxmənzilli yaşayış binasını raket atəşinə tutması nəticəsində dağılan binanın dağıntıları altından saat 11:20 radələrində daha bir sakinin cəsədi çıxarılıb. Bu barədə SİA-nın hadisə yerində olan müxbiri xəbər verib.
Qeyd edək ki, Ermənistan silahlı qüvvələri beynəlxalq hüququn norma və prinsiplərini, 1949-cu il tarixli Cenevrə Konvensiyaları və onların Əlavə Protokollarını, habelə 2020-ci il oktyabrın 10-da elan edilmiş humanitar atəşkəs rejiminin tələblərini pozaraq, Azərbaycanın dinc əhalisini qəsdən hədəfə almaqla yaşayış məntəqələrini ağır artilleriyadan atəşə tutmağa davam edir.
Müəllif: Ceyhun Rasimoğlu
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB